NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ TƏQDİMETMƏ MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası və muxtar respublika fəxri adlarının, “Tərəqqi” medalının təqdimetmə mərasimi keçirilmişdir. Ali Məclisin sədri Vasif Talıbov Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan üzrə təltif edilmiş 8 nəfərə “Əməkdar müəllim” fəxri adlarının sənədlərini və döş nişanlarını, 10 nəfərə “Tərəqqi” medalını təqdim etmişdir.
Mərasimdə Naxçıvan Muxtar Respublikasının “Əməkdar memar”ı və “Əməkdar dövlət qulluqçusu”, habelə “Əməkdar mədəniyyət işcisi”, “Əməkdar həkim”i fəxri adlarının vəsiqə və döş nişanları təqdim olunmuşdur.
Ali Məclisin sədri mükafat alanları təbrik etmiş və onlara ən xoş arzularını bildirmişdir.