Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 20 yeni xidməti avtomobil göndərilib
Bakı, 5 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi üçün daha 20 yeni xidməti avtomobil göndərilib.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat daxil olub.
Bu gün həmin avtomobillər müvafiq qurumların istifadəsinə verilib.