Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası enerji ixrac edən regiona çevrilmişdir

Naxçıvan, 6 yanvar (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə əvvəllər Cənubi Qafqazın vahid energetika sistemi və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsilə təchiz edilirdi.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1990-cı ildən etibarən muxtar respublikaya elektrik verilişi dayandırılmış, yalnız Araz Su Elektrik Stansiyasında istehsal edilən 15-20 meqavat gücündə elektrik enerjisi şəbəkələrə ötürülmüşdür.

Həmin dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti və şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınmasını təmin etmək üçün təcili tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 1991-ci ilin dekabr ayında Türkiyə Respublikasının “Aralıq” yarımstansiyasından Naxçıvan Muxtar Respublikasının “Sədərək” yarımstansiyasına 31,5 kilovoltluq elektrik verilişi xətti çəkilmiş və Sədərək rayonuna 3-4 meqavat gücündə elektrik enerjisi ötürülməsinə başlanılmışdır.

İran İslam Respublikasından elektrik enerjisi alınması üçün Araz Su Elektrik Stansiyasının ərazisində 132/110/10 kilovoltluq 40 meqavolt­amper güclü “Araz” yarımstansiyası tikilib quraşdırılmış, 132 kilovoltluq Araz-Araz elektrik verilişi xətti çəkilmiş və 1992-ci il dekabr ayının 3-də istismara verilmişdir. Bu da öz növbəsində qonşu dövlətdən 30 meqavat gücündə elektrik enerjisi almağa imkan vermişdir. 1992-ci il dekabrın 20-də İran İslam Respublikasının “Culfa” yarımstansiyası ilə Naxçıvan Muxtar Respublikasının “Culfa” yarımstansiyasını əlaqələndirən 10 kilovoltluq elektrik verilişi xətti istismara verilmiş, bu xətlərlə Culfa rayonunun istehlakçılarına 6-7 meqavat gücündə elektrik enerjisi ötürülməsinə başlanılmışdır. Həmçinin 1992-ci ilin dekabrında Türkiyə Respublikasından gətirilərək 220 kilovoltluq “Babək” yarımstansiyası ərazisində quraşdırılmış, hər birinin gücü 15 meqavat olan və dizel yanacağı ilə işləyən 4 ədəd turbin qurğuları istifadəyə verilmişdir. 1993-cü ilin mayında isə Türkiyə Respublikasının “İğdır” transformator yarımstansiyasından Naxçıvan Muxtar Respublikasına çəkilmiş 87,5 kilometr uzunluğunda 154 kilovoltluq ikidövrəli elektrik verilişi xəttinin çəkilişi başa çatdırılmış və Naxçıvana qardaş Türkiyədən 50-60 meqavat gücündə elektrik enerjisinin ötürülməsinə başlanılmışdır. Beləliklə, 1993-cü ilin ortalarında Naxçıvana İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından 63 meqavat gücündə elektrik enerjisi daxil olmuşdur. Muxtar respublikanın elektrik şəbəkələrinin 120 meqavata qədər güclü elektrik enerjisini paylaşdırmaq üçün texniki imkanları yaranmışdır.

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 2 may tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikada kompleks tədbirlər həyata keçirilmiş, 2006-cı ilin dekabrında ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik stansiyası və 2010-cu ilin oktyabr ayında Ordubad rayonu ərazisində - Gilançay üzərində gücü 22 meqavat, illik elektrik enerjisi istehsalı 80 milyon kilovat-saat olan Biləv Su Elektrik Stansiyası istifadəyə verilmişdir. Ümumi gücü 50 meqavat olan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla iş rejiminə keçirilməsindən sonra istismara verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu da nəinki Naxçıvanın elektrik enerjisi ilə təchizatının idxaldan asılılığını aradan qaldırmış, hətta muxtar respublikanın elektrik enerjisi ixrac etməsinə geniş imkanlar açmışdır.

Regionda təbii resurslar sayəsində yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsinə əlverişli şərait olduğunu bildirən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, muxtar respublikada əhali və təsərrüfat subyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Şərur rayonu ərazisində - Arpaçay üzərində gücü 20,5 meqavat, illik elektrik enerji istehsalı 60 milyon kilovat-saat olan Arpaçay Su Elektrik Stansiyası istifadəyə verilmişdir. Stansiyada 110 metr uzunluğunda 3,9 metr diametrli tunel qazılıb betonlanmış, su qəbuledici qurğuda qapılar qoyulmuş, stansiya üçün bina tikilmişdir. Avstriyanın “Andritz” firmasından iki ədəd 7,75 meqavat və 1 ədəd 5 meqavat güclü turbinlər, Fransanın “Leroy-Somer” firmasından isə generatorlar alınıb stansiyada quraşdırılmışdır.

Ordubad rayonu ərazisində - Araz çayı üzərində gücü 36 meqavat, illik elektrik enerji istehsalı 190 milyon kilovat-saat olacaq derivasiya tipli Ordubad Su Elektrik Stansiyasında isə tikinti işləri davam etdirilir. Stansiyanın tənzimləyici bəndi Dəstə kəndində, binası isə Ordubad şəhəri yaxınlığında yerləşəcəkdir. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 hidroaqreqat quraşdırılması, elektrik enerjisinin şəbəkələrə ötürülməsi üçün 80 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.

2012-ci ildə Arpaçayın aşağı gölü üzərində tikintisinə başlanılmış 1,4 meqavat güclü su elektrik stansiyasında tikinti işləri əsasən başa çatdırılmış, artıq burada avadanlıqların quraşdırılmasına başlanılmışdır. Ordubad rayonu ərazisində - Gilançayın Tivi qolu üzərində 14 meqavat gücündə derivasiya tipli su elektrik stansiyasının tikilməsinin texniki iqtisadi əsaslandırılması sənədləri də hazırlanmışdır. Hazırda layihə işləri yekunlaşmaq üzrədir.

Muxtar respublikanın təbii şəraiti burada külək və Günəş elektrik stansiyalarının da tikilib quraşdırılmasına imkan verir. Babək rayonu ərazisindəki Xalxal meşəsi yaxınlığında Günəş elektrik stansiyasının, Culfa rayonu ərazisində - Araz çayının kənarında külək elektrik stansiyasının tikilməsi məqsədəuyğundur.

Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikanın elektrik enerjisinə olan tələbatının su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi hesabına ödənilməsi mümkün olacaq və yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikası daha çox elektrik enerjisi ixrac edəcəkdir. 1970-ci ildən istismar olunan 22 meqavat gücə malik Araz Su Elektrik Stansiyası nəzərə alınmaqla ümumi istehsal gücü 206 meqavat olan elektrik stansiyalarında hazırda tələbata uyğun olaraq 80-90 meqavat gücündə elektrik enerjisi istehsal olunur. Araz Su Elektrik Stansiyasında generatorlar 5-6 meqavat, Naxçıvan Modul Elektrik Stansiyasında 55-60 meqavat, Biləv Su Elektrik Stansiyasında 1-2 meqavat, Arpaçay Su Elektrik Stansiyasında 4-5 meqavat, Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında 0,5-1 meqavat gücü ilə işləyir.

Yay aylarında nasos stansiyalarının işləməsi ilə əlaqədar olaraq muxtar respublikanın elektrik enerjisinə tələbatı 75-80 meqavat, qalan aylarda isə 45-50 meqavat olur.

Göründüyü kimi, muxtar respublikanın elektrik enerjisi ilə təminatına möhkəm zəmin yaradılmışdır.

İstehsal olunan elektrik enerjisi nəinki daxili tələbatı ödəyir, hətta 25-30 meqavat elektrik enerjisi ixrac etməyə imkan verir. Bu sahədə müvafiq işlər görülmüş, son illər İran İslam Respublikasının “Pars Sakhtar” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Naxçıvan Modul Elektrik Stansiyası ilə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası arasında dəyəri 1 milyon 680 min avro təşkil edən 24 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Xəttin istismara verilməsi muxtar respublikanın elektrik şəbəkələrinin dayanıqlılığının xeyli yüksəlməsinə, həmçinin qonşu dövlətlərlə enerji mübadiləsinin yaxşılaşdırılmasına texniki imkanlar yaratmışdır. Hazırda İran İslam Respublikası ilə enerji mübadiləsi aparılır, Türkiyə Respublikasına 20-30 meqavat elektrik enerjisi ixrac edilir.

Naxçıvanın energetikləri mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərirlər. Artıq yüklənmiş transformatorların ayrı-ayrı yarımstansiyalara bölünməsi, yüklərin paylaşdırılmasında səmərəliliyin artırılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər cari ildə də uğurla davam etdirilmişdir.

İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm rol oynayan sayğacların quraşdırılması işi də diqqət mərkəzində saxlanılır. Muxtar respublikada vətəndaşların ev və mənzillərinə rəqəmsal elektron sayğaclar qoyulmuş, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmişdir. Muxtar respublikada nəzarət-məlumat işinin səmərəli təşkili və əhali arasında aparılan maarifləndirici söhbətlər öz bəhrəsini vermiş, 2013-cü ilin 11 ayında texniki itki nəzərə alınmaqla 362 milyon 921 min kilovat-saat elektrik enerjisi sərf olunmuş, sərf edilən elektrik enerjisinin dəyəri tamamilə ödənilmişdir.

2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlərin həyata keçirildiyini bildirən Yasin Səfərov onu da vurğulamışdır ki, enerji təsərrüfatında istismarda olan mövcud avadanlıqlara, xətt təsərrüfatlarına müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara fasiləsiz elektrik enerjisinin verilməsi diqqətdə saxlanılmışdır. Qəzalara səbəb olan, istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz edilmiş, naqillər çəkilib bərkidilmişdir. Qış mövsümündə baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması üçün maşın-mexanizmlər saz vəziyyətə gətirilmiş, kifayət qədər mal-material ehtiyatı yaradılmışdır.

Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlıq vaxtında aradan qaldırılacaq, əhali fasiləsiz və təhlükəsiz elektrik enerjisi ilə təmin ediləcəkdir.

Rabil Kətanov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir