Naxçıvan sahibkarları üçün yeni vergi, gömrük və sosial güzəştlərin tətbiq olunması nəzərdə tutulur
Naxçıvan, 3 dekabr, AZƏRTAC
Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər paketi hazırlanıb. Güzəştlərin 2026-cı ilin yanvarından tətbiqi nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumunda çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev deyib.
Onun sözlərinə görə, bu paket regionda fəaliyyət göstərən iş adamları üçün əlavə üstünlüklər yaradacaq, həm istehsal, həm də ixrac imkanlarını genişləndirərək daha rəqabətqabiliyyətli biznes mühiti formalaşdıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]