Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda 13 şəhid ailəsinə mənzil təqdim olunub

Naxçıvan, 26 iyun, AZƏRTAC

İyunun 26-da - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarının müdafiəsi yolunda şəhid olanlar bizim ən əziz insanlarımızdır. Onların qəhrəmanlıqları, Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaqdır. Eyni zamanda şəhid ailələrinə daim diqqət hər bir vətəndaşın və dövlətin borcudur. Biz bu borcumuzu heç vaxt unutmamalıyıq”. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid adı uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Həmçinin şəhid ailələrinə də hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, mənzillər verilir. 26 İyun - Silahlı Qüvvələr Günündə Naxçıvanda şəhid ailələrinə yeni mənzillərin təqdim olunması da bu tədbirlərin davamıdır.

“Vətənə, torpağa və xalqa sevginin ən ali məqamı şəhidlikdir”,- deyən Ali Məclisin Sədri bildirib ki, İkinci Qarabağ müharibəsində igid oğullarımız torpaqlarımızı işğaldan azad edərək böyük Qələbə qazanmış, qəhrəmanlıq və şücaət göstərərək ən ali məqama - şəhidlik zirvəsinə yüksəlmiş, ailələrinə isə şəhid adının şöhrətini qazandırmışlar.

Ali Məclisin Sədri qəhrəman şəhidlərimizin əziz xatirəsini yad edib, şəhid ailələrinə yeni mənzillərdə xoş və rahat həyat arzulayıb, mənzillərin orderlərini şəhid ailələrinə təqdim edib.

Şəhid ailələri dövlətin onlar üçün yaratdığı şəraitə və göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Maral Cabbarova deyib: “Ali Məclisin Sədri hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərib. Həyat yoldaşım şəhid Seymur Cabbarov 2001-2004-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyin kursantı olub. O, liseyə göstərilən qayğıdan, Ali Məclis Sədrinin liseyin buraxılışlarında iştirak etməyindən həmişə fəxrlə danışırdı. Həyat yoldaşım Azərbaycanın bir çox bölgələrində - Beyləqan, Ağcabədi, Gəncə, Gədəbəy, Fizulidə nümunəvi zabit kimi xidmət edib. Düşmən tapdağı altında olan torpaqlarımızın azad olunmasında şücaətlə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Mən fəxr edirəm ki, şəhid yoldaşıyam. Qürur duyuram ki, yoldaşım Vətən uğrunda şəhid olub. Şəhid ailələrinin kədəri çoxdur, lakin qürurumuz kədərimizdən üstündür. Mən şəhidlərimiz qarşısında baş əyir, qazilərimizə şəfa diləyir, şəhid ailələri adından dövlətimə minnətdarlıq edirəm”.

Əzizə Vəliyeva deyib: “Həyat yoldaşım şəhid Etibar Cəfərov Naxçıvan şəhərində və Azərbaycanın digər bölgələrində 20 il xidmət edib. Həyat yoldaşımın xidməti dövründə ailəmiz Kəngərli rayonunun Qıvraq qəsəbəsində xidməti mənzillə təmin olunmuşdu. Bu gün isə onun ailəsinə dövlətimiz mənzil verir. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub. Bir oğlumuz var. O da istəyir ki, atasının yolunu davam etdirsin. Heydər Əliyev adına Hərbi Liseyə sənədlərini təqdim edib ki, təhsil alaraq Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət göstərsin”.

Nərmin Ələkbərova deyib: “Çətin dövrümüzdə də, bu gün də Ali Məclisin Sədri həmişə yanımızdadır. Bunun üçün bütün şəhid ailələri adından minnətdarıq. Həyat yoldaşım şəhid Bağır Ələkbərov Əlahiddə Ümumqoşun Orduda və Türkiyə Respublikasında keçirilən bir sıra kurslarda iştirak edib. “Qış Təlimi-2019”da Azərbaycanı layiqincə təmsil edib, sertifikata layiq görülüb. 2018-ci ildə Günnüt əməliyyatında da uğurla iştirak edib. Torpaqlarımızın işğaldan azad olunmasında iştirak etməyi arzulayırdı. 2020-ci ilin oktyabrında Naxçıvandan müharibəyə göndərilən xüsusi təyinatlı dəstələrin sırasında o da var idi. Hadrutun azad olunması uğrunda şəhid oldu. Prezidentimiz tərəfindən “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Mən bütün şəhid övladlarına can sağlığı və atalarının adına layiq olmalarını arzulayıram”.

Səbahət Ağayeva deyib: “Həyat yoldaşım Vüqar Ağayev Naxçıvanda 1996-cı ildən 2016-cı ilədək hərbi xidmət keçib, təqaüdə buraxılıb. Təqaüddə olmasına baxmayaraq Vətənin dar günündə köməyinə yollandı. Ötən il Vətən müharibəsində o, könüllü olaraq cəbhəyə gedərək Qubadlı rayonunun Çardaqlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid oldu”. Səbahət Ağayeva göstərilən diqqətə görə ailə üzvləri adından minnətdarlıq edib.

Şəhid anası Ruhəngiz Gözəlova deyib ki, qürur duyuram ki, oğlum şəhid olub, qürur duyuram ki, Vətənə sədaqətlə xidmət edən, bayrağını sevən oğul böyütdüm. Göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlığımı bildirirəm.

Şəhidlərin ailə üzvləri Səma Meydanova, Aygül Mədətli, Ayşən Salahova, Əfsanə Orucova, Çinarə Əhmədova, Aysun Quliyeva, Gülay Novruzlu, Səmurə Qureşli və şəhid atası Bahaddin Hətəmov da göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.

Tədbir çay süfrəsi arxasında davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Şərur, Babək, Şahbuz və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır