Naxçıvanda 15 milyon kvadratmetrdən çox sahə dezinfeksiya edilib
Naxçıvan, 20 aprel, AZƏRTAC
Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında dezinfeksiya tədbirləri ötən həftəboyu davam etdirilib. Dərmanlama işləri qrafik əsasında muxtar respublikanın şəhər, qəsəbə və kəndlərini, yaşayış məntəqəsindəki sosial obyektləri, təhsil müəssisələrini, ümumilikdə, insanların sıx toplaşdıqları əraziləri əhatə edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı profilaktik tədbirlər çərçivəsində 15 milyon kvadratmetrdən çox sahə dezinfeksiya olunub.
Aparılan nümunəvi genişmiqyaslı tədbirlər nəticəsində ölkəmizdə virus infeksiyalarına ən az yoluxma faktı Naxçıvan Muxtar Respublikasında müşahidə olunur. Koronavirusinfo.az saytı COVID-19-a yoluxma ilə bağlı bölgələr üzrə növbəti statistikanı açıqlayıb. Məlumata əsasən, 0,04 faizlə virusa ölkə üzrə ən az yoluxma faktı Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.