Naxçıvanda 4037 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib VİDEO
Naxçıvan, 5 iyun, AZƏRTAC
Cari ilin ilk beş ayında muxtar respublikada 4037,5 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur.
Əkin strukturu əsasən dənli və dənli paxlalı bitkilər, dən üçün qarğıdalı, kartof, tərəvəz, bostan bitkiləri və yemlik bitkilərdən ibarətdir.
Ən çox əkin aparılan bitkilər arasında 1192 hektar sahədə arpa, 616,2 hektar sahədə dən üçün qarğıdalı, 576,4 hektar sahədə kartof, 224 hektar sahədə qarpız və 1034,4 hektar sahədə yonca üstünlük təşkil edib.
Hazırda təkrar yazlıq əkinlər həyata keçirilir.
Müxbir- Nail Əsgərov