Naxçıvanda ağacları zərərvermədən başqa yerə köçürmək üçün yeni avadanlıq alınıb
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Dövlət Proqramına uyğun olaraq yaşıllaşdırma tədbirlərinin aparılması və yaşıllıq sahələrinə xidmət etmək üçün xüsusi təyinatlı maşın-mexanizmlər, eyni zamanda, ağacların təbii şəraitdən ayrılmadan köçürülməsi üçün avadanlıq alınıb.
Qeyd edək ki, qazma genişliyi 2, dərinliyi isə 1,5 metrdən çox olan bu maşın-mexanizm vasitəsilə diametri 30 santimetr və daha çox olan ağacları müxtəlif ərazilərə köçürmək mümkün olacaq. Nəticədə köçürülən ağaclar təbii mühitdən ayrılmadığından quruma təhlükəsi aradan qaldırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [14:44]
Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir
- 04.06.2026 [13:47]
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
- 04.06.2026 [13:04]
Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:39]