Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” satış yarmarkası keçirilib

Naxçıvan, 20 noyabr, AZƏRTAC

Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olub, ailə təsərrüfatlarına geniş fəaliyyət imkanları açılıb. Bu sahənin inkişafı istiqamətində görülən ardıcıl tədbirlərin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” satış yarmarkası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yarmarkada iştirak edib.

Yarmarkaya Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də Naxçıvan şəhərindən, ümumilikdə, 453 ailə təsərrüfatı tərəfindən 540 çeşiddə 41 mindən çox qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qovurması, xaması, qaymağı, pendiri, qatığı, müxtəlif növ mürəbbə və şirniyyatları, alana, sucuq, cəviz, badam, qurut, müxtəlif çeşidli meyvə şirələri, doşabları, sirkələri, şərablar və meyvə araqları, eləcə də turşular, kompotlar, cemlər, meyvə-tərəvəz quruları, milli mətbəximizə aid çörək çeşidləri və digər məhsullar yarmarka iştirakçılarına təqdim edilib.

Naxçıvan torpağı yabanı tərəvəz və dərman bitkiləri ilə zəngindir. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunub. Bu gün də kəndlərdə yabanı tərəvəz və dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları fəaliyyət göstərir. Yarmarkaya bu sahə ilə məşğul olan ailə təsərrüfatları tərəfindən dərman bitkiləri və onlardan hazırlanan məhsullar da çıxarılmışdı.

Ailə təsərrüfatları məhsullarının tara satışı mağazasının stendində məlumat verilib ki, yerli istehsal olan çölməklər, şirniyyat qəlibləri, meyvə quruları üçün qablar və digər çeşidlər olmaqla, 34 növdə tara nümayiş olunur. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə məxsus stenddə Bioresurslar İnstitutu tərəfindən hazırlanmış müxtəlif çeşiddə meyvə quruları, gülab, çaytikanı yağı, propolis (bərəmum), paketlənmiş zəfəran qurusu, alma sirkəsi və bir sıra digər məhsullar yer alırdı.

Ali Məclisin Sədri məhsul çeşidlərinin artırılması və istehsal sahəsinin qurulması barədə tapşırıqlar verib.

Ali Məclisin Sədri yarmarkada özünüməşğulluğa cəlb olunmuş ailə təsərrüfatlarının məhsullarına baxıb. Məlumat verilib ki, muxtar respublikada 2017-ci ildən özünüməşğulluq proqramının icrasına başlanılıb. Həmin gündən 899 ailənin özünüməşğulluğu təmin edilib ki, onların ailə üzvlərinin sayı 4133 nəfərdir. 860 ailə kənd təsərrüfatı, 22 ailə xidmət, 17 ailə isə istehsal sahələri üzrə proqrama cəlb edilib. 283 ailənin təsərrüfatındakı aktivlər nəzarət müddəti bitdiyindən onların mülkiyyətinə keçirilib. Bu günədək iri və xırdabuynuzlu heyvandarlıq təsərrüfatında 1500-dək artım qeydə alınıb. 30 ailə nümunəvi təsərrüfat sahibi kimi həvəsləndirici tədbirlərə cəlb olunaraq öz seçimləri əsasında əlavə aqreqatlarla təmin olunublar. Yarmarkaya da özünüməşğulluğa cəlb olunmuş ailələr tərəfindən müxtəlif çeşiddə məhsullar çıxarılıb.

Zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları qədim diyarda meyvəqurutma sahəsində ailə təsərrüfatlarının formalaşmasına əlverişli şərait yaradır. Yerli meyvələrin qurudulması, onlardan müxtəlif mürəbbə və şirələrin hazırlanması ənənəsi bu gün də yaşadılır. Yarmarkada ailə təsərrüfatları tərəfindən qablaşdırılmış tut, alça, əncir, ərik, gavalı, qızılgül və digər meyvə və tərəvəz quruları, eləcə də meyvə şirələri keyfiyyəti ilə seçilirdi.

Naxçıvanda heyvandarlıq və maldarlığın inkişafı ət və süd məhsulları istehsalının geniş yayılmasına səbəb olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ailə təsərrüfatlarında istehsal olunan bu məhsulların həcmini və keyfiyyətini artırıb. Yarmarkada ailə təsərrüfatlarında istehsal edilən müxtəlif ət və ət məhsulları, qaymaq, xama, qatıq, şor, qurut və digər ənənəvi süd məhsulları alıcı marağına səbəb olurdu.

Dövlət proqramlarının qəbul olunması və uğurla icra edilməsi nəticəsində muxtar respublikada meyvəçiliyin və üzümçülüyün inkişafına geniş imkanlar açıb. Bu sahə üzrə ixtisaslaşan ailə təsərrüfatçıları artıq meyvə ilə yanaşı, baldırğan, kişmiş, bal, portağal, tut, alma, armud, göycə, alça, şaftalı araqları, müxtəlif növ şərablar, sirkələr və doşablar da istehsal edir. Yarmarkada alıcılar bu məhsullara daha çox maraq göstərirdi.

Bu gün muxtar respublikada istehsal olunan keyfiyyətli məhsullar ölkəmizdə və dünyada brend məhsul kimi qəbul olunur. Xüsusilə ailə təsərrüfatlarında mövsümə uyğun mətbəx nümunələrimizin hazırlanaraq qablaşdırılması və satışa çıxarılması böyük maraq doğurur. Yarmarkaya müxtəlif həcmli taralarda qablaşdırılmış Naxçıvan qovurması çıxarılıb.

Biznes Mərkəzinin stendində duzdan və digər məhsullardan hazırlanmış əl işləri nümayiş etdirilib.

“Naxçıvan məhsulları” publik hüquqi şəxsin stendində məlumat verilib ki, 4 müxtəlif çeşiddə hədiyyəliklər, qablaşdırılmış bal, 7 növdə kompot, 2 növdə cem, bitki quruları, turşu, hədiyyəlik çanta və ramka bal nümayiş etdirilir.

Ailə Təsərrüfatları İctimai Birliyinin sədri Mübariz Şirəliyev deyib ki, Günnüt yolu üzərində 60 hektar ərazidə şum işləri görülüb, 55 hektar ərazidə taxıl əkini nəzərdə tutulub ki, onun da 40 hektarı əkilib, 5 hektar ərazidə yaz əkini planlaşdırılıb. Onun 1 hektarında xaşa, 4 hektarında bostan bitkiləri əkiləcək. 1,5 hektar ərazidə tütün əkilib ki, 4 tondan artıq quru tütün tədarük olunub. 15 hektar sahədən 105 ton taxıl, 2 hektar kartof sahəsindən 74 ton kartof, 15 hektar qarğıdalı sahəsindən 180 ton qarğıdalı tədarük olunub. Müasir suvarma metodlarından istifadə etməklə bol məhsul əldə edirik.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının sahibləri ilə söhbət edib, məhsullardan alıb.

Şərur rayonunun Düdəngə kəndindən olan Faiq Ağayev deyib ki, dövlət qayğısını daim öz üzərimizdə hiss edirik. Qəbul olunan sərəncamlar, dövlət proqramları bizi daha həvəslə işləməyə sövq edir. Bu il qarğıdalı sahəsindən 120-130, taxıl sahəsindən 80 sentner, hektardan 40 ton kartof, 40 ton soğan məhsulu götürmüşəm.

Şahbuz rayonunun Badamlı qəsəbəsindən olan ailə təsərrüfatçısı Vüsal Salahov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, cəviz, çörəkotu, balqabaq dənəsi yağları hazırlayırıq. Növbəti ildə məhsullarımızın çeşidlərini artırmağı, eyni zamanda, itburnu və üzüm dənəsinin yağını çıxarmağı nəzərdə tutmuşuq.

Yarmarkada xalq sənətkarlarının, istedadlı qadınların və məhkumların da əl işlərinin sərgi-satışı təşkil olunub. Qadınların Naxçıvan daşlarından hazırladıqları bəzək əşyaları, qolbaqlar, qədim döyüş geyimi, eləcə də istehsal etdikləri müxtəlif məhsullar diqqəti çəkib.

Sabirkənddən olan Xəlil Fərəcov deyib ki, 2012-ci ildən saldığım meyvə bağından hasilə gətirdiyim məhsulların satışını həyata keçirirəm. Bu il 2 hektardan artıq əlavə ərik bağı da salmışam. Gələcəkdə həmin bağın məhsullarının da yarmarkalarda satışını həyata keçirməyi düşünürəm.

Babək rayonunun Nehrəm qəsəbəsindən olan Tofiq Abutalıbov deyib: “Ailə təsərrüfatları həm də insanların məşğulluğunu təmin edir. Muxtar respublikada insanların rahatlığı üçün hər cür şərait yaradılıb, dinamik inkişaf təmin edilib. Bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Biz də bu qayğının qarşılığında çalışırıq ki, təsərrüfatımızı genişləndirək, məhsul bolluğu yaradaq”.

Babək rayonunun Nehrəm qəsəbəsindən olan Cəmşid Həsənov deyib ki, əvvəllər istehsal etdiyimiz məhsulları necə və harada satacağımızı düşünürdük. Lakin bu gün yaradılan şəraitin nəticəsidir ki, məhsulumuzun ölkə ilə yanaşı, xaricdə də satışını həyata keçirir, çoxlu sifarişlər qəbul edirik.

Babək rayonunun Naxışnərgiz kəndindən olan Qəzənfər Qurbanov deyib: “Hər il məhsul çeşidlərini artırır, onların satışını təşkil edərək maddi-rifah halımızı yaxşılaşdırırıq. Eyni zamanda, insanların rahat yaşayışı üçün bir sıra tədbirlər görülür. Muxtar respublikada ən ucqar kəndlərdə belə abadlıq işləri həyata keçirilir, hər cür infrastruktur yaradılır. Keçən il içməli su təminatımız da yaxşılaşdırılıb. Buna görə də kənd sakinləri adından minnətdarlığımı bildirirəm”.

Ailə təsərrüfatçıları Anar Əzizov, Kamran Kazımov, Cəfər Muxtarov, Familə Mirzəyevə, Hüsniyyə Bağırova, Çiçək Bayramova və Balabəy Allahverdiyev də göstərilən qayğı nəticəsində ailə təsərrüfatlarını xeyli genişləndirdiklərini bildirib, yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafının mühüm əhəmiyyətə malik olduğunu və göstərilən qayğı nəticəsində istehsal olunan məhsulların çeşidinin ilbəil artdığını bildirib, bundan sonra da müvafiq dövlət qurumları tərəfindən ailə təsərrüfatlarına dəstək göstərilməsi ilə bağlı tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir