Naxçıvanda bəzi məktəblərə birinci sinfə qəbulda üstünlük hüququ tətbiq olunacaq
Naxçıvan, 14 aprel, AZƏRTAC
2026–2027-ci tədris ilindən Naxçıvanda uşaqların birinci sinfə qəbulu prosesində sıxlıq müşahidə olunan bəzi ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ tətbiq ediləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ️bu qayda Naxçıvan şəhərində yerləşən və şagird sıxlığı olan Heydər Əliyev adına tam orta məktəb, həmçinin Naxçıvan şəhər 5, 7, 8, 10, 11, 12, 14, 15, 16 və 17 saylı tam orta məktəblərdə birinci sinfə qəbul zamanı nəzərə alınacaq.
Həmin məktəblərə qəbul zamanı uşağın bacı və ya qardaşlarından birinin həmin məktəbdə təhsil alması və uşağın valideynlərindən birinin həmin məktəbdə işləməsi meyarları əsas götürüləcək. Bu meyarlara uyğun olan uşaqlara birinci sinfə qəbul zamanı üstünlük veriləcək.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:22]
Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO
- 01.10.2026 [19:12]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [18:41]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [17:54]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:11]