Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar
Naxçıvan, 12 may, AZƏRTAC
Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:22]
Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO
- 01.10.2026 [19:12]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [18:41]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [17:54]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:11]