NAXÇIVANDA GƏNC ŞAHMATÇILARIN DÜNYA ÇEMPİONATI DAVAM EDİR
İyunun 29-da Naxçıvan Olimpiya İdman Kompleksində gənc şahmatçıların dünya çempionatının oğlanlar arasında 9-cu turunun görüşləri keçirilmişdir. Həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Vüqar Qasımovun gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşü Şəhriyarın xeyrinə nəticələnmişdir. Belarusiyalı şahmatçı Sergey Azarov polşalı şahmatçı Marcin Dziuba qalib gəlmişdir. Qədir Hüseynov isə həmin turda hindistanlı şahmatçı Pentala Harikrişnaya uduzmuşdur. Bu turun nəticələrinə görə Şəhriyar Məmmədyarov 7 xalla liderdir. Həmin gün qızlar arasında yarışların 7-ci turu olmuşdur. Gürcüstan şahmatçısı Nana Dzaqnidze türkiyəli Topel Zəhra ilə qarşılaşmışdır. Görüşdə qələbə qazanan Nana 7 xalla qızlar arasında yarış cədvəlinə başçılıq edir. Bu turda həmyerlimiz Zeynəb Məmmədyarova hindistanlı şahmatçı Harika Dronavalliyə məğlub olmuşdur. 7-ci turun nəticələrinə görə Nana Dzaqnidze 7, Harika Dronavalli 5,5, Zeynəb Məmmədyarova isə 4,5 xal toplayaraq müvafiq surətdə ilk üç yeri tuturlar. Gənclər arasında şahmat üzrə dünya çempionatı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]