Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri ilə bağlı konfrans təşkil edilib

Naxçıvan, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Naxçıvanda “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüblər.

Konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli aktual mövzuya həsr olunmuş konfransın işinə uğurlar arzulayıb və konfransın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

O qeyd edib ki, dünyada baş verən qlobal istiləşmə, quraqlıqların artması aqrar sektora, nəticədə, ərzaq təhlükəsizliyi təminatına da mənfi təsir göstərir. Təbii ki, bu, Naxçıvan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsasını təşkil edir. Bu səbəbdən də muxtar respublikada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi prioritet məsələlər sırasındadır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Naxçıvanda bu sahədə atılacaq addımların təməlini təşkil edir. Sözügedən proqramda regionda ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunması, yaşıllıqların mühafizəsi və artırılması əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Bu da muxtar respublikada iqlim dəyişikliklərinin ətraf mühit komponentlərinə təsirlərinin minimuma endirilməsi işinə mühüm töhfə verəcək.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova bildirib ki, məqsəd COP29-dan sonra iqlim dəyişikliyi ilə mübarizədə görüləcək tədbirlərin birgə müzakirəsini aparmaqdır. Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi kənd təsərrüfatında da məhsuldarlığa ciddi təsir göstərir. Bu təsirləri azaltmaq üçün praktik addımlar atılması zəruri xarakter daşıyır.

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vurğulayıb ki, qlobal iqlim dəyişikliyi yağıntıların davamlı azalmasına və su qıtlığının artmasına səbəb olur. Bu da kənd təsərrüfatı sektoru üçün ciddi çətinliklər yaradır. Ölkəmizdə kənd təsərrüfatının inkişafı bir çox hallarda birbaşa su təchizatının yaxşılaşdırılmasından asılıdır. Bundan başqa, ölkə ərazisinin 15 faizi quraqlıq, 6 faizi isə səhralaşma təhlükəsi altındadır. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud su, torpaq və iqlim ehtiyatlarından daha səmərəli istifadə, kənd təsərrüfatı sahəsinin iqlim dəyişikliyinə uyğunlaşdırılması, su təchizatının yaxşılaşdırılması, müasir su təchizatı texnologiyalarının səmərəli tətbiqi mühüm rol oynayır.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29-a ev sahibliyi edən və bu mötəbər tədbiri uğurla başa vuran Azərbaycanın dünya ekosisteminin qorunması tədbirlərinə mühüm töhfələr verdiyini bildirib. Nazir müavini qeyd edib ki, bioloji müxtəliflik indiki və gələcək nəsillər üçün çox böyük dəyərə malik qlobal sərvətdir. Lakin növlər və ekosistemlər heç vaxt indiki qədər böyük təhlükə altında olmayıb. Ölkəmizdə son 30 ildə ortaillik havanın temperaturu əvvəlki dövrlə müqayisədə orta hesabla 0,9 dərəcə yüksəlib. Ərazinin əksər hissəsində yağıntının miqdarı orta hesabla 4 faiz azalıb. İqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi bir-biri ilə bağlı proseslərdir və birlikdə həll edilməlidir. Buna görə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qlobal iqlim dəyişikliklərinə cavab verən yüksəkkeyfiyyətli təmiz ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə müəyyənləşdirilib. Ölkəmizdə ətraf mühitin mühafizəsini və təbii ehtiyatların səmərəli istifadəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi prioritet istiqamətdir.

Konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Bitkiçilik Departamentinin müdiri İhsan Emiralioğlu və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovanın çıxışları dinlənilib. Çıxışlarda Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29-un bu il ölkəmizdə keçirilməsi təcrübə mübadiləsi aparmaqla gələcək təşəbbüslərə, dayanıqlı inkişaf sahəsində əməkdaşlıq səylərinin gücləndirilməsi və tərəfdaş münasibətlərin yaranmasına mühüm töhfə kimi dəyərləndirilib.

Tədbirdə COP29 və Naxçıvanda yaşıl enerji layihələrinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Konfrans “Dayanıqlı kənd təsərrüfatı, qida və su təminatında iqlimin rolu” və “Elmi yanaşmalar və kadr potensialının artırılması” mövzularında panel müzakirələrlə öz işini davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İran XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Ötən ay Dövlət Neft Fondu dollar satışını artırıb

Azərbaycan Kuboku: “Araz-Naxçıvan” 1/4 finala vəsiqə qazanıb

Ombudsman: Əlilliyi olan şəxslərlə bağlı layihələrin təşklini yüksək qiymətləndiririk

UNEC tələbələri “Bloomberg” Qlobal Ticarət Yarışında region üzrə 2-ci, dünyada 32-ci olublar

Nazir: Azərbaycanla Qvineya-Bisau arasında qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir

Qərbi Azərbaycandan deportasiya: hüquqi, sosial-iqtisadi problemlər və tarixi ədalətin bərpası - TƏHLİL

Cənubi Koreyada fövqəladə hərbi vəziyyət elan edilib

Danimarkalı jurnalistlər işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı məqalələr hazırlayacaqlar

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda təsdiqlənib YENİLƏNİB

® “AccessBank” tender elan edir

Türkiyəli tələbə: Şuşadakı tədbir iştirakçılara böyük təcrübə qazandıracaq

Deputat: Gürcüstandakı etiraz dalğası dövlət çevrilişinə cəhddir

Qazaxıstan və Türkmənistan limanlarına sərnişindaşımanın qiyməti açıqlanıb

UNICEF-in nümayəndələri Naxçıvan xəstəxanalarında immunizasiya proqramlarının icra səviyyəsini qiymətləndirir

On ayda 190 min manata yaxın maliyyə sanksiyası tətbiq edilib

Rusiya Azərbaycan sərhədinə aparan magistral yolunu genişləndirəcək

Cənubi Koreya və Qırğızıstan münasibətlərini hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksəldiblər

Azərbaycan Universitetində Beynəlxalq Əlilliyi olan Şəxslər Günü qeyd olunub

Belarusun xəbər portalında Kəlbəcər haqqında reportaj dərc edilib

ADAU-nun rektoru I kurs tələbələrinin fikir və təkliflərini dinləyib

AFFA rəsmisi “Trabzonspor”un oyununa təyinat alıb

Nazir müavini: Təsnifata bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə olunub, 9 ixtisasın adında dəyişiklik edilib VİDEO

Şuşada İƏT Ölkələri Gənclər Təşkilatları Forumunda panel müzakirələr keçirilib

ADA Universiteti və tərəfdaşları Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə internat tipli məktəblərdə görüşlər keçiriblər

“AzərEnerji” və bp şirkəti arasında müzakirələr aparılıb

Qabal kəndində azərbaycanlıların dostu İlya Çavçavadzeyə həsr olunan dəyirmi masa keçirilib

Naxçıvan Muxtar Respublikasında bu ilin 9 ayında 1621 yeni iş yeri açılıb

Mərkəzi Elmi Kitabxanada “Qərbi Azərbaycan” adlı virtual sərgi açılıb

Azərbaycan Kubokunda 1/4 finalın ilk iştirakçısı bəlli olub

Musiqili Teatrda “Əliqulu bu gün evlənir” komediyasının premyerası olacaq

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

Gürcüstanın Konstitusiya Məhkəməsi müxalifətin iddia ərizəsini qəbul etməyib

AQTA: Kütləvi qidalanmanın həyata keçirildiyi obyektlərə nəzarət gücləndirilib

Şirvan şəhərində əlilliyi olan şəxslərə xüsusi həssaslıqla yanaşılır

Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar VİDEO

Fransada siyasi böhran: hökumət növbəti həftəyə keçə biləcəkmi?

Azərbaycan mətbəxi Hanoy qida mədəniyyəti festivalında təqdim olunub

SABAH tələbə-məzun forumu və karyera sərgisi keçirilib

Azərbaycan idmançısı pauerliftinq üzrə dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan idmançıları kombat ciu-citsu üzrə dünya çempionatında 4 qızıl medal qazanıb

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

İqlim dəyişikliyi qarşısında uyğunlaşma və davamlılıq strategiyalarında inklüzivliyə üstünlük verilməsi zəruridir VİDEO

Energetika naziri Tərtərdə vətəndaşlarla görüşüb

NİİM: Bakıda bir neçə küçə və prospektdə sıxlıq müşahidə olunur SİYAHI

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunur

Azərbaycan klubu amerikalı basketbolçu ilə yollarını ayırıb

ABŞ Konqresinin əməkdaşı qanunverici orqanın binasına sursat keçirməyə cəhd edib

DİM: Dövlət qulluğuna qəbul imtahanında 1026 nəfər uğur qazanıb

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin birinci kitabı oxuculara təqdim edilib

Şəkidə musiqi və incəsənət məktəblərinin kollektivləri üçün ustad dərsləri keçiriləcək

Prezident İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Müasir publisistikanın yeni narrativləri və aktual trendləri mövzusunda təlimlərə başlanılıb

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin görüşü keçirilib

“Aqroservis”in rəhbəri Ağsuda vətəndaşları dinləyəcək

Şəhid və qazi musiqiçilərə həsr olunmuş kitab - “Nəğmə də bir silahdır”

İtaliya Ukrayna üçün 10-cu hərbi yardım paketini hazırlayıb

Ər-Riyadda keçirilən Regional Sosial Təminat Forumunda niyyət sazişi imzalanıb

AMADA beynəlxalq tədbirdə Azərbaycanı uğurla təmsil edib

“Siyasi dünyanın postklassik mənzərəsi”- məruzə

Gəncədə yaşayan misgər lahıclı babasının sənətini yaşadır

® “Veysəloğlu Şirkətlər Qrupu” Naxçıvanda silsilə market açılışlarını davam etdirir

Nobel mükafatı laureatı süni intellekt yaratmaqda biznes rəqabətini “silah yarışı” adlandırıb

“Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyi yaradılıb

Quba və Xaçmazda təsərrüfatlara 100 min manata yaxın aqrar sığorta ödənişi edilib

Elektrik enerjisi üzrə əhali və qeyri-əhali qruplarının göstəriciləri açıqlanıb

Azərbaycandan tranzit keçməklə narkotik vasitə aparılmasının qarşısı alınıb

Mil-Muğan bölgəsində payız yağışı əkin sahələrində çıxışa müsbət təsir edib - reportaj VİDEO

® “Unibank” ətraf mühitə dəstək məqsədilə 500 ağac əkib

E.S.İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Leysan xarakterli yağış fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcək

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında COP29-un nailiyyətlərindən danışıb

“Sabah” klubu aparıcı basketbolçusu ilə yollarını ayırıb

Ceyhun Bayramov: COP29 çərçivəsində əldə olunmuş razılıqlar iqlim dəyişikliyi ilə mübarizədə vacib dönüş nöqtəsidir

“Neftçi” və “Qarabağ” azarkeşlərinə, “Kəpəz”lə “Sumqayıt” futbolçularına görə cərimələnib

Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi: Bu bizim üçün böyük motivasiyadır

Prezident İlham Əliyev El-Salvadorun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB VİDEO

“ASAN xidmət”ə 80 milyonuncu müraciət qeydə alınıb

Sumqayıtda Beynəlxalq Əlilliyi olan şəxslər Gününə həsr edilmiş tədbir keçirilib

“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib

Göyçayda “KOB Fest” sərgi-satış yarmarkası keçirilir VİDEO

Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib

Prezident İlham Əliyev Mavritaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB VİDEO

Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

Şuşada İslam Ölkələrinin Gənc Alimlərinin Forumu keçirilib

Azərbaycan gimnastları Serbiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Avropa İttifaqında doğum səviyyəsi rekord dərəcədə azalıb

Bakıda “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” mövzusunda beynəlxalq konfrans keçirilib

“Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilib

Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib

Mentor: "Yaradıcılıq marafonu" kreativ gənclərin bir araya gəlməsinə kömək edəcək

Rektor: UNEC-də SABAH qruplarına çox önəm veririk

COP29-un uğurlu təşkili anti-Azərbaycan ünsürlərin planlarını iflasa uğratdı ŞƏRH

Ali təhsil pilləsi üzrə ixtisasların təsnifatları təsdiq edilib

Nazir müavini: Əlilliyi olan şəxslərin maliyyə təminatı ildən-ilə artırılır

Azərbaycan millisinin baş məşqçisi: Rusiya ilə oyunların Millətlər Liqasındakı çıxışımıza çox köməyi dəyəcək

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır - TƏHLİL

Baş katib: Milli komandaya seçim prosesi triatlonun ölkədə inkişaf və kütləviliyindən xəbər verir

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Ankarada Atatürkün məqbərəsini və Heydər Əliyev parkını ziyarət edib