Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda kənd təsərrüfatının innovasiya yönümlü inkişafı uğurla həyata keçirilir

Naxçıvan, 27 dekabr, AZƏRTAC

“Kənd təsərrüfatı ili” başa çatmaq üzrədir. Bu il də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında aqrar sahə iqtisadiyyatının innovasiya yönümlü inkişafını təmin edən strategiya uğurla həyata keçirilib. Kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması təsərrüfatçılara yeni stimul verib, muxtar respublikada əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub. Bu isə həm də təşəbbüskarlığın artması, fərdi təsərrüfatçılığın inkişafı deməkdir.

Dövlətimizin bu sahəyə diqqət ayırması heç də təsadüfi deyil. Çünki ölkəmiz yeraltı təbii sərvətlərlə zəngin olsa da, həmin sərvətlər nə vaxtsa tükənəcək. Bu gün hazırda neftin dünya bazarında ucuzlaşması iqtisadiyyatımıza təsirsiz ötüşmür. Bu baxımdan qeyri-neft sektorunun, sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sahəsinin inkişafı böyük əhəmiyyət kəsb edir. Muxtar respublikamızda bu günədək əkilməyən münbit torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, ucu-bucağı görünməyən meyvə bağlarının salınması, heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı, istixanaların, yeni soyuducu anbarların istifadəyə verilməsi bir daha onu göstərir ki, Naxçıvanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti uğurlu nəticələr verməkdədir.

 

Günün ən aktual məsələsi: ərzaq təhlükəsizliyi

Bu gün dünyada gedən sürətli qloballaşma prosesləri fonunda baş verən maliyyə böhranları və dünya bazarında neftdən tutmuş ərzağadək bütün məhsulların qiymətlərindəki qeyri-stabillik, ekoloji kataklizmlər ərzaq təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirir. Sevindirici haldır ki, muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasını, kənd təsərrüfatının bütün sahələrinin inkişafı məsələsini ön plana çıxarıb. Bu mənada, ötən dövrdə muxtar respublikada qəbul edilmiş 2005-2010-cu illəri əhatə edən kartofçuluğun inkişafı üzrə, 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və 2012-2015-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatı sahəsinin dinamik inkişafına təkan verib, ərzaq təhlükəsizliyinin təmin edilməsinə şərait yaradıb.

Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ildə muxtar respublikada 106 min 282 ton taxıl, 82 min 16 ton tərəvəz, 45 min 43 ton kartof, 38 min ton bostan məhsulları, 66 min 465 ton meyvə və giləmeyvə istehsal olunub. Bu da 1995-ci ildəki göstəriciləri müvafiq olaraq 4,5 dəfə, 63,1 dəfə, 112,5 dəfə, 95 dəfə və 3,5 dəfə üstələyib.

Təbii ki, bütün bunlar ərzaq təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malikdir. 24 ildir blokada vəziyyətində olan muxtar respublikamızda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.

 

Muxtar respublikada aqrar sektorun inkişafının davamlılığı təmin olunub

Naxçıvanda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Bu gün əvvəlki illərdə olduğu kimi, min bir zəhmətlə yetişdirilən məhsul suvarma suyu çatışmazlığı ucbatından tələf olmur, yetişdirilən məhsul tarlada dəyər-dəyməzinə satılmır, sovet dövründən qalma köhnə və yararsız maşın-mexanizmlərdən istifadə edilmir. İndi ən müasir kənd təsərrüfatı texnikaları əkinçinin xidmətinə verilib. Torpaq mülkiyyətçiləri sərf etdikləri yanacaq və motor yağlarına görə yardımlar alır. Bu gün əkinçi yaxşı məhsuldarlığa nail olmaq üçün yüksək reproduksiyalı toxum növlərini, mineral gübrələri haradan və kimdən alacağını yaxşı bilir. Bu isə, nəticə etibarilə, muxtar respublikada kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanmasına stimul verir.

Babalarımız həmişə “su həyatdır, təknəmizin çörəyidir” deyiblər. Çünki su olmayan yerdə yaşamaq, əkinçiliklə məşğul olmaq, məhsul əldə etmək də mümkün deyil. Mütəxəssislərin fikrincə, kənd təsərrüfatının inkişafı, ilk növbədə, mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi və suvarmanın təkmilləşdirilməsi ilə yanaşı, istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə daxil edilməsi ilə mümkündür. Bütün bunlar nəzərə alınaraq muxtar respublikada həmin istiqamətlərdə kompleks işlər görülüb, meliorasiya və su təsərrüfatı sahəsində bir sıra mühüm layihələr həyata keçirilib. Ötən dövr ərzində torpaq sahələrinin meliorativ cəhətdən münbitləşdirilməsi və suvarma suyuna olan tələbatın səmərəli ödənilməsi üzrə həyata keçirilən tədbirlər əkin sahələrinin daha da genişlənməsinə, məhsul bolluğuna rəvac verib.

Təsadüfi deyil ki, Heydər Əliyev Su Anbarı istifadəyə verildikdən sonra Babək rayonunda 4 min 364 hektar, Culfa rayonunda 2 min 311 hektar, Şahbuz rayonunda 244 hektar, ümumilikdə isə 6 min 919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib, su anbarı vasitəsilə suvarılan torpaqların sahəsi 16 min 830 hektara çatdırılıb. Arpaçay və Uzunoba su anbarlarında əsaslı təmir işləri başa çatdıqdan sonra Şərur, Sədərək, Babək və Kəngərli rayonlarında suvarma işləri daha da yaxşılaşdırılıb.

Bu il dekabrın 8-də açılışı olan Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin istifadəyə verilməsi ilə Babək rayonunun Nehrəm kəndinin 1170 hektar və Culfa rayonunun Bənəniyar kəndinin 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar torpaq sahəsini ən müasir sistem vasitəsilə suvarmaq mümkün olacaq. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində vaxtilə mövcud olmuş yeraltı suvarma şəbəkəsinin 400 hektar ərazini əhatə edən hissəsində bərpa işləri başa çatdırılıb.

Təsadüfi deyil ki, “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə 61 min 414 hektar sahədə əkin işləri aparılıb. Bu, görülən kompleks tədbirlər nəticəsində mümkün olub.

Yuxarıda kənd təsərrüfatı sahəsinin lazımi texnika ilə təmin olunduğunu qeyd etmişdik. Bəli, muxtar respublikada bu məsələ xüsusi yaradılmış qurumun daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il yanvarın 28-də imzaladığı Sərəncam ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması aqrar sektorda nəzərdə tutulan işlərin keyfiyyətlə yerinə yetirilməsinə, sahibkarların əməyinin yüngülləşdirilməsinə, onların lazımi texnika və avadanlıqlarla vaxtında və güzəştli şərtlərlə təmin edilməsinə böyük töhfə verib.

Ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 180 ədədi 2015-ci ildə olmaqla, ümumilikdə, 1685 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Gətirilmiş texnika və avadanlıqlardan 1370 ədədi torpaq mülkiyyətçilərinə nağd və lizinq yolu ilə satılıb.

 

İstehsalçının maraqlarını təmin edən dövlət qayğısı

Aqrar sahəyə göstərilən dövlət qayğısına daha bir nümunə: əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2015-ci ildə 7 istixana təsərrüfatı, tutumu 480 ton olan 2 soyuducu anbar yaradılıb. Beləliklə, muxtar respublikada istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetrə, soyuducu anbarların sayı 22-yə, tutumu isə 12 min 730 tona çatdırılıb.

Buradan da görünür ki, aqrar bölmə üzrə prioritet istehsal sahələrinin müəyyənləşdirilməsi, həmin sahələrin digər sahələrlə əlaqəli inkişafı strategiyası uğurla həyata keçirilir. Bununla birlikdə ixrac sahəsində dünya təcrübəsində geniş istifadə olunan müxtəlif formalarla (konsiqnasiya və sair) bərabər, onun müasirtipli infrastrukturu hesab edilən nəqliyyat, sığorta, informasiya və digər sahələr təkmilləşdirilib. Müxtəlif maddi-texniki təchizat və aqroservis müəssisələri, marketinq xidmətləri, yarmarkalar, saxlama, qablaşdırma, emal müəssisələri və digər strukturlar yaradılıb. Eyni zamanda, əsas ərzaq məhsullarının zəruri səviyyədə istehsal olunmasına şərait yaradılıb, yerli və xarici mənşəli ərzaq məhsullarının keyfiyyətinə səmərəli nəzarət mexanizmi tətbiq olunub. Bu və ya digər amillərin iqtisadi fəaliyyət prosesində lazımınca nəzərə alınması kənd təsərrüfatının, bütünlükdə aqrar-sənaye kompleksinin ictimai istehsal əlaqələrinin təkmilləşdirilməsinə, istehsalın həcminin artmasına, aqrar sektorun dinamik inkişafına ciddi əsaslar yaradıb.

Məlumdur ki, aqrar islahatların həyata keçirilməsinin başlıca məqsədi muxtar respublikada bazar iqtisadi münasibətlərinə uyğun xüsusi təsərrüfat formalarının təşkilinə nail olmaq və aqrar bölmənin bütün sahələrində sahibkarlığı hər vasitə ilə inkişaf etdirməkdir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər isə artıq öz səmərəsini verməkdədir.

Daxili bazarın qorunması istiqamətində görülən işlər də muxtar respublikada aqrar bölmənin inkişafına əsaslı təsir göstərir. Bu da həqiqətdir ki, iki xarici dövlətlə sadələşdirilmiş gömrük-keçid məntəqələrinin fəaliyyət göstərdiyi regionda daxili bazarın qorunması asan məsələ deyil. Amma məhsul yığımı dövründə aidiyyəti dövlət qurumlarının birgə əməyi nəticəsində əhalinin sağlamlığına mənfi təsir göstərə biləcək keyfiyyətsiz məhsulların muxtar respublikaya gətirilməsinə yol verilmir. Beləliklə, daxili bazarda yerli istehsalın həcmi getdikcə artır. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil edilməsi də bu məsələdə öz müsbət rolunu oynayır. Bu halda kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçıları öz məhsullarını birbaşa bazara çıxarmaq imkanı əldə edirlər.

 

Heyvandarlıq ildən-ilə inkişaf etdirilir, məhsuldarlıq yüksəlir

Ana təbiət muxtar respublikamızdan heç nəyi əsirgəməyib. Naxçıvanın münbit, bərəkətli torpağı, gözəl iqlimi, zəngin bitki örtüyü heyvandarlığın inkişafına imkan verir. Muxtar respublikada heyvanların cins tərkibini yaxşılaşdırmaq istiqamətində işlər görülür. Artıq muxtar respublikaya 1937 baş, o cümlədən 89 baş “Şvis”, 535 baş “Simmental” və 1313 baş “Holştin-friz” cinsindən olan damazlıq düyələr gətirilərək lizinq yolu ilə sahibkarlara verilib. Cari ilin ötən dövründə süni yolla mayalandırılmış mal-qaralardan 3 min 223 baş sağlam bala alınıb. 

Muxtar respublikada yaradılmış heyvandarlıq komplekslərinin və kiçik sahibkarlıqla məşğul olanların səmərəli fəaliyyəti nəticəsində yüksək məhsuldar heyvanların baş sayı artıb, əhalidə olan yerli mal-qaranın cins tərkibi yaxşılaşıb, nəticədə, heyvandarlıq məhsullarının (ət və süd) istehsalı xeyli çoxalıb. Bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 109,4 min baş, qoyun və keçilərin sayı 662,8 min baş təşkil edib ki, bu da 1 yanvar 1996-cı il tarixə olan göstəriciləri müvafiq olaraq 2 dəfə və 2,4 dəfə üstələyib.

Ötən illər ərzində kənd təsərrüfatının mühüm sahələrindən olan quşçuluğun inkişafı da müntəzəm olaraq dəstəklənib, 64 quşçuluq təsərrüfatı yaradılıb. Muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılıb. Balıqçılığın inkişafı da diqqətdə saxlanılıb, 14 balıqçılıq təsərrüfatı istifadəyə verilib.

Həyata keçirilən məqsədyönlü tədbirlər məhsul istehsalının artımına da təsir göstərib. 1995-ci ilə nisbətdə cari ildə ət istehsalı 2,5 dəfə artaraq 13 min 812 tona, süd istehsalı 2,3 dəfə artaraq 80 min 244 tona, yumurta istehsalı 1,9 dəfə artaraq 73 milyon 486 min ədədə, yun istehsalı isə 1,9 dəfə artaraq 1009,6 tona çatıb.

Naxçıvan Muxtar Respublikası ekoloji cəhətdən ən az çirklənmiş torpaq sahələrinə malik regiondur. Müasir dünyada insanlar ekoloji məsələlərə, ekoloji baxımdan təmiz, geni dəyişdirilməmiş məhsullara daha çox maraq göstərirlər. Bəlkə də, buna görə muxtar respublikada istehsal olunmuş kənd təsərrüfatı məhsulları xarici ölkələrdə də yüksək dəyərləndirilir. Bu məhsullar əvəzolunmaz dad-tamı və keyfiyyəti ilə həmişə seçilib. Təsadüfi deyil ki, bu il Naxçıvandan ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artıq 96 milyon 518 min ABŞ dollarından çox olub. Bu, böyük nailiyyətdir.

Muxtar respublikada kənd təsərrüfatı sahəsində qazanılan uğurlara böyük zəhmətlər hesabına nail olunub. Ancaq reallıq da budur ki, insan zəhməti olmadan heç nə əldə etmək mümkün deyil. Ana torpaq insana “Sən mənə tər ver, mən sənə zər” deyir. Zəhmətkeş, işgüzar naxçıvanlılar da aqrar sektor daxil olmaqla, iqtisadiyyatın bütün sahələrini davamlı inkişaf etdirmək üçün yorulmadan çalışırlar. Bu baxımdan əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin bizə göstərdiyi doğru yolla daim inamla irəlilədiyimiz, verilən tapşırıqları vaxtında yerinə yetirdiyimiz müddətdə muxtar respublika həmişə inkişaf edəcək, yüksələcək, regional cazibə mərkəzi kimi öz mövqeyini qoruyacaqdır.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib