Naxçıvanda kommersiya qurumlarının sayı artıb
Naxçıvan, 10 iyul, AZƏRTAC
Bu il iyulun 1-də Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55 min 711 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 4,4 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 1911 olub. 2026-cı ilin yanvar-iyun aylarında kommersiya qurumlarının 86,7 faizi elektron, 13,3 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:06]
Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO
- 06.10.2026 [13:42]
Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir VİDEO
- 06.10.2026 [13:01]