NAXÇIVANDA NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLMİŞDİR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin aparat işçiləri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan-Sədərək magistral yolunun Şor su körpüsü yaxınlığındakı ərazidə yeni yaşıllıq zolağının salınmasını davam etdirmişlər.
İməcilik iştirakçıları 500 ədəd müxtəlif ağac tingi əkmişlər.