Naxçıvanda peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi təşkil olunub
Naxçıvan, 30 avqust, AZƏRTAC
2025/2026-cı tədris ili üçün Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu üzrə test imtahanında hər bir vakansiya üzrə 40 və daha çox bal toplayan namizədlər müsahibədə iştirak etmək hüququ qazanıblar.
Namizədlərə müsahibə nəticələri haqqında məlumat şəxsi kabinet vasitəsilə veriləcək.