Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Konqres-festival işini sabah da davam etdirəcək

Naxçıvan, 18 iyun, AZƏRTAC

İyunun 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı öz işinə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konqres-festivalın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Ordubad şəhərində “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimi keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin təqdimatında Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş bədii kompozisiya və I və II “Qərbi Azərbaycana qayıdış” konqres-festivallarını əks etdirən videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək Qərbi Azərbaycan mövzusunun Azərbaycan xalqının tarixi yaddaşı, milli kimliyi və mənəvi irsi ilə ayrılmaz şəkildə bağlı olduğunu bildirib.

Vurğulayıb ki, bu məsələyə dövlət səviyyəsində daim böyük diqqət göstərən Ümummilli Liderimiz Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyini hər zaman diqqətdə saxlayıb, onların hüquqlarının müdafiəsini mühüm vəzifələrdən biri kimi müəyyən edib. Bu gün həmin siyasi kurs uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti və rəhbərliyi, Azərbaycan xalqının birliyi və qəhrəman oğullarımızın şücaəti ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin tam suverenliyinin təmin edilməsi xalqımızın tarixində yeni bir mərhələ açıb. Bu şanlı qələbələr Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirib. Məhz yeni reallıqlar şəraitində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycan məsələsini milli gündəliyin mühüm istiqamətlərindən biri kimi müəyyən edib. Bu istiqamətdə aparılan tədqiqatlar, nəşr olunan elmi əsərlər, toplanan arxiv materialları, folklor nümunələri və etnoqrafik irs nümunələri təkcə keçmişimizin öyrənilməsin deyil, həm də gələcək nəsillərin milli yaddaşının möhkəmləndirilməsinə xidmət edir. Səlahiyyətli nümayəndə “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalının tariximizin öyrənilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və gənc nəslin tarixi yaddaşının gücləndirilməsi baxımından uğurlu nəticələrlə yadda qalacağına əminliyini bildirib, tədbirin bütün iştirakçılarına uğurlar arzulayıb, konqres-festivalın işinə müvəffəqiyyətlər diləyib.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qərbi Azərbaycan mövzusunun ölkəmizin təhsil və elmi sahələrdə əsas mövzulardan birinə çevrildiyini diqqətə çatdıraraq bu istiqamətdə Qərbi Azərbaycan İcmasının, eləcə də elm müəssisələrinin, xüsusilə Naxçıvan Dövlət Universitetinin rolunu xüsusi qeyd edib.

Nazir vurğulayıb ki, Qərbi Azərbaycan mövzusu ideyadan strateji fəaliyyət mərhələsinə keçib. Ölkə başçısının məqsədyönlü siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdışla bağlı sistemli təşkilatlanma, maarifləndirmə və araşdırma tədbirləri həyata keçirilir. Emin Əmrullayev Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan resurslar və tədris vəsaitlərinin ictimai müzakirəyə açıq olduğunu vurğulayıb, elmi ictimaiyyəti, ali təhsil müəssisələri və alimləri bu prosesdə daha fəal iştiraka və öz töhfələrini verməyə çağırıb.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov konqres-festivalın təşkil olunmasında əməyi keçən bütün təşkilatlara minnətdarlıq edərək bildirib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ölkəmizin xarici siyasət konsepsiyasının mühüm prioritet istiqamətlərindən biridir. Ölkəmiz sülh gündəliyinə sadiqdir və bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirir. Bu prosesin əsas hədəflərindən biri də Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma torpaqlarına qovuşmasıdır. Bu baxımdan Qərbi Azərbaycana qayıdış konsepsiyası öz yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlının ləyaqətli, təhlükəsiz və hüquqi əsaslarla geri qayıtmasını özündə əks etdirən prioritet məsələdir. Bu mənada Azərbaycanın ortaya qoyduğu yanaşma siyasi məqsədlərdən daha çox humanitar mahiyyət daşıyır.

Ziyafət Əsgərov vurğulayıb ki, bu gün Azərbaycan və Ermənistan arasında faktiki olaraq yeni münasibətlər mərhələsinin formalaşması üçün imkanlar yaranıb. Hüquqi baxımdan hələ həllini gözləyən məsələlər mövcuddur. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması vacib şərt olaraq qalır. Ermənistan rəhbərliyi bu istiqamətdə referendum keçiriləcəyini bəyan edib. Belə olduğu təqdirdə, Azərbaycan və Ermənistan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı üçün yeni imkanlar yaranacaq. Əsas məqsəd Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunması, onilliklər boyu davam edən qarşıdurmalara son qoyulmasıdır. Azərbaycan milli maraqlarını rəhbər tutaraq, baş verən proseslərə uyğun şəkildə siyasətini davam etdirəcək.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında qeyd edib ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər milli özünüdərkimizin, tarixi ədalətə inamımızın və dövlətçilik iradəmizin təntənəsi oldu. Bu Zəfər yalnız işğal altında olan torpaqlarımızın azad edilməsini təmin etmədi, eyni zamanda, xalqımızın tarixi yaddaşında yaşayan bir çox məsələlərin daha geniş müstəvidə həllində yeni imkanlar yaratdı. Məhz Zəfərdən sonra Qərbi Azərbaycana qayıdış ideyası da Azərbaycan cəmiyyətinin əsas milli ideyalarından birinə çevrildi. Buna görə də bu gün burada sadəcə bir tədbirin iştirakçısı kimi deyil, tarixi yaddaşımızı yaşadan, milli kimliyimizi qoruyan və gələcək nəsillərə ötürən böyük bir ideyanın daşıyıcıları kimi toplaşmışıq. Gənclərin bu prosesdə fəal iştirakı böyük əhəmiyyət daşıyır. Çünki tarixi yaşadan, yaddaşı yaşadan və onu gələcəyə daşıyan məhz gənc nəsillərdir. Onların milli-mənəvi dəyərlərə bağlı tarixini dərindən bilən və dövlətçilik ənənələrinə sadiq vətəndaşlar kimi yetişməsi hər birimizin ortaq məqsədidir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli konfransın işinə uğurlar arzulayaraq Qərbi Azərbaycan mövzusuna həsr olunmuş tədbirin məhz XX əsrin əvvəllərində qanlı hadisələrdən ən çox təsirlənmiş bölgələrdən biri olan Naxçıvanda və Ordubadda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Vurğulayıb ki, bu, bir tərəfdən tarixi hadisələrin obyektiv şəkildə dəyərləndirilməsi və gələcək nəsillərə çatdırılması, digər tərəfdən isə gənclərin müstəqil dövlətçilik, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm rol oynayır. İsa Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər regionda yeni siyasi reallıqlar yaradıb, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində yeni mərhələnin əsasını qoyub. “Qərbi Azərbaycana qayıdış” ideyası əsasında müəyyənləşdirilən konsepsiyanın irəli sürülməsi də Azərbaycanın bir daha sülh və insanların ləyaqətli həyat şəraitində yaşamasının tərəfdarı olmasını təsdiq edir.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edərək vurğulayıb ki, bölgədə sülh şəraitində həyatı davam etdirməyin yeganə yolu burada Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşmaqdır. Bu reallıqlardan biri də ilkin mərhələdə, Qarabağ münaqişəsinin ilk mərhələsində və bu münaqişənin tərkib hissəsi kimi öz doğma ocaqlarından qovulmuş 300 min azərbaycanlı qaçqının və onların övladlarının geriyə qayıdış hüququnun tanınması və təmin edilməsidir. Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişinin paraflanması, birgə bəyannamənin imzalanması nəhayət bölgəyə sülhün gəlməsinə inamı artırıb. Birgə yaşayışın yeganə yolu isə hər bir insanın doğulub boya başa çatdığı ərazilərə qayıdış hüququnun tanınmasından və təmin edilməsindən keçir. Bu baxımdan, bu cür tədbirlərin məhz burada keçirilməsi həm də qarşı tərəfə ünvanlanan mühüm bir mesajdır.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova festival-konqresin maariflənmə və yaddaşı təzələmək baxımından önəminə toxunaraq bildirib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində həyata keçirilən bu mötəbər tədbir öz mahiyyəti və verəcəyi mesajlarla xüsusi əhəmiyyət daşıyır. Tədbirin keçirildiyi məkan da rəmzi məna daşıyır. Qədim Ordubad Zəngəzur dəhlizi üzərində yerləşən, strateji əhəmiyyətə malik bölgədir.

Bu ərazi həm Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat xəttinin, həm də regionun inkişaf perspektivlərinin mühüm tərkib hissəsidir. Mahirə Hüseynova əminliklə ifadə edib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bu bölgə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Ədalətin bərpası və "Qərbi Azərbaycana qayıdış" ideyası öz real nəticələrini verəcək, xalqımız öz tarixi yurdlarına qovuşacaq.

Türkiyənin İğdır Universitetinin rektoru Ekrem Gürel qeyd edib ki, Qərbi Azərbaycana qayıdış missiyası yalnız coğrafi bir həsrətin və ya keçmişə dönüş istəyinin ifadəsi deyil, ədalətin, tarixi həqiqətlərin və nəsillər boyu yaşadılmış mədəni irsin öz haqqına qovuşdurulması mübarizəsidir.

Qarabağda əldə olunan Zəfərdən sonra doğma yurdlarına həsrət qalan soydaşlarımızın sülh yolu ilə və hüquqi əsaslarla geri dönüş mübarizəsi bütün Türk dünyasının ortaq və haqlı mübarizəsidir. Konqres-festivalın sosiologiyadan tarixə, hüquqdan beynəlxalq münasibətlərə qədər geniş bir sahədə qayıdış ideyasının akademik əsaslarını formalaşdırdığını qeyd edən rektor İğdır Universiteti olaraq Qərbi Azərbaycan mədəniyyətinin, folklorunun və tarixi həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hər cür akademik əməkdaşlığa və ortaq fəaliyyətə hazır olduğunu vurğulayıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Qərbi Azərbaycan” layihəsinin təqdimatı izlənilib.

Bədii hissə ilə davam edən tədbirə Qərbi Azərbaycanın zəngin folklorunu, musiqi ənənələrini və milli-mənəvi dəyərlərini özündə əks etdirən konsert proqramı təşkil edilib.

Bədii hissənin ardınca Qərbi Azərbaycana həsr olunmuş sərgilərə baxış olub. Ordubadın qədim məhəllələri boyunca qurulan pavilyon və stendlərdə əslən Qərbi Azərbaycandan olan və muxtar respublikada yaşayan soydaşlarımız öz doğma yurd yerlərinin adət-ənənələri, mədəniyyəti, folklor nümunələri və kulinariyasını nümayiş etdiriblər. Müasir texnologiyalarla ənənəvi sənət nümunələrini bir araya gətirən ekspozisiyalar iştirakçılara Qərbi Azərbaycanın keçmişini, mədəniyyətini və həyat tərzini yaxından tanımaq imkanı yaradıb.

Azərbaycan aşıq sənətinin qədim ənənələrini yaşadan ustad aşıqların ifasında dastanlar və xalq musiqisi nümunələri təqdim olunub. Həmçinin görkəmli rəssam Mirzə Qədim İrəvaninin yaradıcılığını əks etdirən sənət nümunələri nümayiş olunub, onun Azərbaycan təsviri sənətinə verdiyi töhfələr təqdim edilib. Xalça sərgisində isə Qərbi Azərbaycan xalçaçılıq məktəbinin ənənələri, qədim ornamentləri və əl işləri sərgilənib.

Qərbi Azərbaycanın tarixi, təbiəti, milli-mədəni dəyərləri, eləcə də bölgənin tarixi abidələrini və maddi-mədəni irsini əks etdirən rəsm sərgiləri də maraqla qarşılanıb.

Festival iştirakçıları Qərbi Azərbaycan florası, kulinariyası, qədim yurd yerlərimizin tarixi, mədəniyyəti və ictimai həyatı ilə bağlı kitab, jurnal, qəzet sərgilərinə də baxıblar.

Konqres-festival Qərbi Azərbaycanın tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinə həsr olunmuş 8 istiqamət üzrə plenar iclas və panel müzakirələrlə öz işini davam etdirib.

Müxbir- Nail Əsgərov

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival işə başlayıb - YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib

bp yarım ildə Azərbaycanda sponsorluq etdiyi layihələrə 0,9 milyon dollar xərcləyib

Suriya limanlarının kommersiya fəaliyyəti genişlənir

Metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Slavik Alxasov “Araz-Naxçıvan”ı tərk edib

“Qarabağ” yatağında aparılan tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı davam edir

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb

Politoloq: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu uğurla davam etdirir

Azərbaycanda zubrların sayı 89-a çatıb

XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür

bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb