NAXÇIVANDA QİYMƏTLİ KAĞIZLARIN İLK QEYDİYYATI HƏYATA KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) AZƏRTAC-a bildirmişlər ki, qurumun Naxçıvan Muxtar Respublikası üzrə idarəsi tərəfindən qiymətli kağızlar buraxılışının ilk qeydiyyatı həyata keçirilmişdir. Bu kağızlar Ordubad “Mexanikləşmə” Açıq Səhmdar Cəmiyyətinin adi səhmləridir. 8 min 954 səhm qeydiyyata alınmışdır və onların hər birinin dəyəri 2 manatdır.
QKDK Naxçıvan idarəsinin müstəqil işə başlaması yerli səhmdarların qiymətli kağızlarla əməliyyatlar üzrə fəaliyyətini xeyli yüngülləşdirəcəkdir. Onlar öz kağızları barədə reyestrdən çıxarış almaq, hər hansı əməliyyat aparmaq üçün artıq Bakıya gəlməyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]