Naxçıvanda son 2 ayda 58 nəfərə günvurma diaqnozu qoyulub
Naxçıvan, 6 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında günvurma hallarının sayı artıb.
Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin iyun-iyul aylarında günvurma diaqnozu ilə ümumilikdə 58 nəfər tibb müəssisələrinə müraciət edib.
Mütəxəssislər vətəndaşlara günvurma riskinə qarşı ehtiyatlı olmağı, xüsusilə yaşlı insanların, uşaqların və xroniki xəstəliyi olan şəxslərin günəş şüalarından qorunmalarını tövsiyə edirlər.
Bildirək ki, günvurma uzun müddət günəş altında qalmaq nəticəsində bədənin temperaturunun normadan artıq qalxması ilə müşayiət olunan və həyati təhlükə yarada bilən vəziyyətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.08.2026 [10:23]
Ağstafada kişi meyiti aşkarlanıb
- 11.08.2026 [10:18]
Saatlıda yanğın törədən şəxs saxlanılıb
- 10.08.2026 [18:34]