Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 37 milyon manatdan çox olub
Bakı, 12 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz və ya 5,4 milyon manat artıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 25 faiz artaraq 10,1 milyon manat təşkil edib.
Cari ilin yanvar-mart aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artıb və 938 min manata çatıb.
Bu ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 5,6 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 16,5 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]
Tərtərdə pambıq yığımına başlanılıb
- 07.10.2026 [11:52]
Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu
- 07.10.2026 [10:44]
Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO
- 07.10.2026 [10:16]
Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO
- 07.10.2026 [09:11]