Naxçıvanda təhsil sahəsində çalışanların 70 faizi qadınlardır
Naxçıvan, 7 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası əhalisinin 50,1 faizini qadınlar təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən “Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.
Komitə sədrinin sözlərinə görə, təhsil sahəsində işləyənlərin 70, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların 80, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların isə 62 faizi qadınlardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 36 faizini qadınlar təşkil edir. Eyni zamanda, muxtar respublikadan bir qadın deputat Azərbaycan Respublikası Milli Məclisinə seçilib. Hazırda 182 qadın bələdiyyə üzvüdür.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [11:44]
“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]