NAXÇIVANDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ İNŞA YAZI MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hüseyn Məmmədyarov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, təhsil ocağında “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”, “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzularında inşa yazı müsabiqəsi keçirilmişdir.
IX-XI sinif şagirdləri arasında keçirilən bu müsabiqədə 125 şagird iştirak etmişdir. Müsabiqənin yekunlarına görə, XI sinif şagirdi Müslüm Abbasov birinci, X sinif şagirdi Şəhriyar Novruzov ikinci, IX sinif şagirdi Elvin Heydərov isə üçüncü yerlərə çıxmışlar.
Qaliblərə xatirə hədiyyələri verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]