Naxçıvanda vergi ödəyicilərinin sayı 7,6 faiz artıb
Naxçıvan, 13 aprel, AZƏRTAC
Cari il aprelin 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55 min 51 vergiödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz, hüquqi şəxslərin sayı isə 4,5 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1832 vahid olub. 2026-cı ildə kommersiya qurumlarının 86,4 faizi elektron, 13,6 faizi kağız daşıyıcısı vasitəsilə qeydiyyata alınıb.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [09:28]
Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib
- 04.06.2026 [22:21]