Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanın muxtariyyəti - tarixi zərurət, tarixi nailiyyət

Naxçıvan, 9 fevral, Nail Əsgərov, AZƏRTAC

Bu gün Azərbaycanın zəngin dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 101-ci ildönümüdür.

AZƏRTAC Naxçıvan Muxtar Respublikasının yaradılması prosesi, tarixi inkişafı və bu günü haqqında “Naxçıvanın muxtariyyəti – tarixi zərurət, tarixi nailiyyət” sərlövhəli məqaləni təqdim edir:

Naxçıvana muxtariyyət statusunun verilməsi 1924-cü il fevralın 9-da mümkün olsa da, bu proses daha əvvəldən, hələ Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdən başlayıb və keçmiş sovetlərin Cənubi Qafqazı erməniləşdirmək siyasətinin nəticəsi kimi tarixi zərurətə çevrilərək gündəmə gətirilib. Xalq Cümhuriyyətinin elanından bir gün sonra, daha dəqiq desək, 1918-ci il mayın 29-da heç bir beynəlxalq hüquqa, ədalətə sığmayan şəkildə İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsindən sonra bölgədə vəziyyət olduqca mürəkkəbləşib, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları artıb. SSRİ-nin himayədarlığı ilə 1918-1920-ci illərdə Azərbaycanın yaxın ərazilərini Ermənistana birləşdirmək üçün açıq silahlı mübarizə aparıldı. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanı siyasi-diplomatik cəhətdən müdafiə etməyə çalışsa da, faktiki şəkildə hərbi dəstək verə bilmirdi. Bu da vəziyyətin olduqca gərginləşməsinə, Naxçıvanın işğalına rəvac verirdi. Həmin dövrdə Naxçıvan əhalisinin qəhrəmanlığı, dönməz iradəsi hadisələrin gedişatında mühüm rol oynadı.

Naxçıvan Muxtar Respublikasının yaradılması və onun işğal təhlükəsindən xilasında yerli əhalinin haqlı mübarizəsi ilə yanaşı, o zaman Azərbaycan İnqilab Komitəsinin üzvü, xalq ədliyyə komissarı olan Behbud ağa Şahtaxtinskinin xidmətləri, o cümlədən Türkiyənin qardaş dəstəyi, ədalətli mövqeyi həlledici təsir göstərdi. Dövlət xadimi 1920-ci ilin əvvəllərindən başlayaraq V. Leninə göndərdiyi məktub və teleqramlarda Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsini faktlarla əsaslandırırdı. Naxçıvanın muxtariyyət məsələsinin siyasi gündəmdə yerini almasının əsas səbəbi isə 1920-ci il dekabrın 2-də Rusiya ilə Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş oldu. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salındı. Bununla da Naxçıvanın muxtariyyət məsələsi gündəliyə gəldi.

1921-ci ilin əvvəlində, daha dəqiq desək, B. Şahtaxtinskinin həmin il martın 1-də Leninə göndərdiyi məktub və arayışda Cənubi Qafqazla, eləcə də Naxçıvanla bağlı mühüm məsələlərin qaldırılmasından sonra proses artıq praktiki mərhələyə yönləndirildi. Həmin il Naxçıvanda referendum keçirildi və əhalinin 90 faizindən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi. Hadisələrin gedişatı baxımından referendumun nəticəsi də problemin həllində mühüm rol oynadı və beləliklə, sovet Rusiyası bu məsələnin həllinin vacibliyini dərk edərək müzakirələrə başladı. Danışıqlar sovet Rusiyası ilə Türkiyə Böyük Millət Məclisi nümayəndələri arasında gedirdi. Nəticə etibarilə, Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da imzalanan Moskva müqaviləsində təsbit edildi. Lakin Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında həll olunmamış məsələləri nizama salmaq mühüm bir vəzifə kimi qarşıda durduğundan bu barədə müzakirə və fikir mübadiləsi üçün konfransa ehtiyac vardı. Dövlətlər arasındakı razılığa əsasən belə bir konfrans Qars şəhərində təşkil edildi. Qars konfransı 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək davam etdi və Qars müqaviləsinin bağlanması ilə yekunlaşdı. Konfransda Azərbaycanı xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski və Naxçıvan SSR XKS-nin göndərdiyi Tağı Səfiyev təmsil edirdilər.

Üç il sonra, 1924-cü il fevralın 9-da isə Moskva və Qars müqavilələri əsasında Naxçıvan Muxtar Respublikası yaradıldı. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazası 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edildi.

Naxçıvan Muxtar Respublikasının yaradılması prosesini şərh edən Ümummilli Lider Heydər Əliyev həmin tarixi hadisəni çətin məqamda əldə olunmuş mühüm nailiyyət kimi dəyərləndirib: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu çətin bir dövrdə, böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə, Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir. Belə ağır şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri də odur ki, Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər”.

Ümummilli Liderlə naxçıvanlıların həmrəyliyi muxtar respublikanı qorudu

Naxçıvanın böyük zəhmətlər hesabına qazanılan muxtariyyəti 70 illik sovetlər dönəminin bitməsindən sonra ötən əsrin 90-cı illərində itirilmək təhlükəsi ilə üzləşdi. Belə ki, 1990-cı ildə Bakıda 20 Yanvar hadisələri törədilən zaman ermənilər Sədərək rayonunu hədəfə aldılar. Məqsəd, təbii ki, muxtar respublikanın işğalı idi. Ancaq əhalinin birliyi, bərabərliyi qarşısında heç bir məkrli plan işləmədi. Naxçıvanın bütün ərazilərindən insanlar Sədərəyin müdafiəsinə yollandı. Sakinlər evlərini tərk etmədi, hər kəs əlindən gələn imkanlar hesabına yurdunu qorumaq üçün səfərbər oldu. İgid övladlar böyük şücaət və qəhrəmanlıq göstərərək erməni cəlladlarının muxtar respublika ilə bağlı niyyətlərini ürəklərində qoydular.

1990-1993-cü illərdə muxtar respublika əhalisi mübarizlik, şücaət göstərdi. Uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyevin Sədərəyin düşməndən qorunmasında böyük tarixi xidmətləri, əvəzolunmaz rolu oldu. Naxçıvanın hər yerindən Vətənin müdafiəsinə üz tutanların təşkilatlanmasını uğurla həyata keçirən Ümummilli Liderin həmin illərdə bir neçə dəfə rayona gəlişi hər kəsi ruhlandırdı, sabaha inamını artırdı. Ulu Öndər Heydər Əliyev 1990-cı il Sədərək döyüşlərinin Naxçıvanın muxtariyyət statusunun qorunmasındakı rolunu da xüsusi vurğulayıb: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı”.

1990-cı ilin əvvəllərində muxtar respublikada vəziyyət olduqca çətin, dözülməz hal almışdı. Naxçıvanı ağır blokada şəraitindən çıxarmaq, insanları aclıqdan, səfalətdən qurtarmaq üçün gecəsini gündüzünə qatan Ulu Öndər Heydər Əliyev çıxış yolunu Türkiyə ilə əlaqələrin siyasi, iqtisadi cəhətdən daha da möhkəmləndirilməsində görürdü. Uzaqgörən siyasətçi bu məqsədlə 1992-ci il martın 22-dən 24-dək Türkiyədə səfərdə oldu və səfər çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalandı. Ümummilli Liderin qardaş ölkəyə səfərindən iki ay sonra, daha dəqiq desək, 1992-ci il mayın 28-də Sədərək-Dilucu (Ümid) körpüsü istifadəyə verildi. İnsanların sosial rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına yol açan bu addım, eyni zamanda həmin dövrdə Sədərək və Şahtaxtı gömrük-keçid məntəqələrinin fəaliyyətə başlaması Naxçıvanın Türkiyənin yaxın vilayətləri ilə iqtisadi, ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq daşımalara qoşularaq nəqliyyat imkanlarının artmasına da təkan verdi. Beləliklə, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizi müstəqilliyə aparan yolun təməl daşları atıldı. Naxçıvanda həm də iki qardaş – Türkiyə və Azərbaycanın əlaqələrində yeni mərhələnin körpüsü salındı. Bununla muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni dövrün başlanğıcı qoyulmuş oldu.

Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra digər bölgələr kimi, muxtar respublika da inkişaf, tərəqqi yoluna qədəm qoydu. Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində bu il 30 illiyi tamam olan, 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu oldu. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”. Naxçıvan Muxtar Respublikasının 1998-ci ildə qəbul olunan Konstitusiyasında Naxçıvanın Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit edilib.

Naxçıvan üçün böyük prioritetlər – Zəngəzur dəhlizi, AİZ, “yaşıl enerji”

Görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu siyasi xətti dövrün reallıqlarına uyğun uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin bütün bölgələri kimi, Naxçıvanın da inkişafını diqqətdə saxlayır. Ötən illərdə muxtar respublikanın paytaxtından ucqar dağ kəndlərinədək müasir infrastruktur quruculuğu reallaşdırılıb, elektrik, qaz xətləri çəkilib. Vaxtilə işıqsız, ümumiyyətlə enerjisiz qalan Naxçıvan bu gün enerji ixracatçısına çevrilib, “yaşıl enerji zonası” statusuna layiq görülüb.

Qürurverici haldır ki, ölkəmizin 1990-cı ilin əvvəllərində əsl müstəqilliyə qovuşması prosesində əhəmiyyətli yer tutan Naxçıvan Azərbaycanın haqq savaşına çıxdığı 44 günlük Vətən müharibəsində də mühüm rol oynadı, muxtar respublikadan olan hərbçilər torpaqlarımızın azadlığının təminində böyük şücaət və qəhrəmanlıq nümunəsi göstərdilər.

2022-ci ilin sonlarından etibarən Naxçıvan Muxtar Respublikasının idarəetmə strukturunda aparılan islahatlar çərçivəsində qədim diyar müasir yüksəlişinin yeni mərhələsinə qədəm qoyub, idarəçiliyin bütün sahələrində şəffaflaşma prosesi aparılıb, ölkə sisteminə inteqrasiya uğurla reallaşdırılıb. Dövlətimizin başçısı 2023-cü il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayaraq Naxçıvanın tərəqqisi naminə yeni yol xəritəsini müəyyənləşdirib. Dövlət Proqramının icrası ilə yaxın gələcəkdə Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi, burada fəaliyyət göstərən şirkətlər üçün vergi və gömrük güzəştləri, daşınma və digər sahələrdə müvafiq stimullaşdırma tətbiq edilməsi əsas məqsədlərdəndir. Bu xüsusda cari il yanvarın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Azərbaycan Respublikası İqtisadi Şurasının iclasının gündəliyinə də salınan və əsas müzakirə mövzularından olan Naxçıvanda Azad İqtisadi Zonanın (AİZ) yaradılması muxtar respublika iqtisadiyyatı üçün böyük perspektivlər vəd edir.

Azərbaycan Prezidentinin 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə ötən il muxtar respublikanın 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib, yubiley geniş şəkildə qeyd olunub. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası bu gün Dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika “yaşıl enerji zonası” elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir”. Bu fikirlərdən yola çıxaraq qeyd edə bilərik ki, ölkə başçısının “Naxçıvanla da bağlı böyük planlar var” ideyası üzərində Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan etməsi muxtar respublikanın potensial imkanlarından maksimum yararlanmaqla sosial-iqtisadi inkişafı üçün qarşıda mühüm vəzifələr qoyub. Burada günəş və külək elektrik stansiyalarının inşası istiqamətində böyük layihələrin icrası planlaşdırılıb. Eyni zamanda 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməli qoyulan İğdır-Naxçıvan Qaz Boru Xəttinin də tikintisi uğurla başa çatıb, kəmərin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyanata əsasən yeni reallıqlar fonunda Zəngəzur dəhlizi məsələsi gündəmdədir və Naxçıvanın ölkəmizin digər ərazisi ilə nəqliyyat əlaqələrinin bərpası onun iqtisadi cəhətdən güclənməsinə, əhalinin rifahının yüksəlməsinə təkan verəcək.

Bəli, bu gün 101 yaşını qeyd edən Naxçıvan Muxtar Respublikası Ümummilli Lider Heydər Əliyevin ideyaları işığında, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə böyük inkişaf dövrünü yaşayır. Əminik ki, Dövlət Proqramında nəzərdə tutulan prioritetlərin icrası və Zəngəzur dəhlizinin açılması ilə yaxın gələcəkdə bu diyarın ölkəmizin iqtisadi inkişafının yüksəlişindəki çəkisi daha da artacaq, Naxçıvan Azərbaycan üçün mühüm ticarət əlaqələrinin kəsişdiyi məkan kimi də tanınacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO