Nazir: 2023-cü ildə 5 yaşlı uşaqların 87 faizi məktəbəqədər təhsilə cəlb olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Erkən yaş dövrü təhsilin keyfiyyətində rol oynayan ən vacib amildir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, bir ildən çoxdur ki, məktəbəqədər təhsilə cəlb olunanlar orta hesabla 10 faiz daha yaxşı nəticə göstərirlər.
Nazir qeyd edib ki, məktəbəqədər təhsilə qoyulan investisiya öz təsirini 20-30 ildən sonra göstərəcək. “İstəyimiz odur ki, heç olmasa, hər 5 uşaqdan biri məktəbəqədər təhsilə cəlb olunsun. 2023-cü ildə 5 yaşlı uşaqların 87 faizi məktəbəqədər təhsilə cəlb olunub. 2014-cü ildə 12 min, 2017-ci ildə 82 min, 2023-cü ildə 91 min uşaq məktəbəqədər təhsilə cəlb olunub”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]