Nazir müavini: Azərbaycan-BƏƏ diplomatik münasibətləri davamlı tərəfdaşlığa əsaslanır
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlər xalqlarımızın qarşılıqlı hörmətə əsaslanan dərin və davamlı tərəfdaşlığına söykənir. Diplomatik münasibətlərimizin kökləri üzərində düşünərkən 1994-cü ildə xalqlarımızın Ümummilli liderləri - Heydər Əliyev və Şeyx Zayed bin Sultan Əl Nəhyan arasında Kasablankada bugünkü əlaqələrimizin möhkəm təməlini qoyan tarixi görüş yada düşür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib.
O bildirib ki, münasibətlərimizdə daha bir mühüm məqam isə 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə ilk rəsmi səfər etməsi idi. Bu səfər ikitərəfli münasibətlərimizdə yeni səhifə açdı, Ümummilli liderlərimiz tərəfindən qurulan əlaqələri möhkəmləndirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]