Nazir müavini: Kosmik sahə ölkələr arasında əlaqələrin inkişafı üçün körpüyə çevrilib
Bakı, 24 aprel, AZƏRTAC
Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında parlaq zəkalar, innovativ düşüncəli kosmik sahəsinin aparıcı mütəxəssisləri ilə səmərəli dialoq aparılacaq. Kosmik sahə artıq ölkələr arasında əlaqələrin inkişafı üçün bir körpüyə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında deyib.
“Bu konfrans Mərkəzi Avrasiya regionunda kosmik sahənin inkişaf perspektivlərini müzakirə etmək, kosmik texnologiya və tədqiqat sahəsində yeni tendensiyaları nəzərdən keçirmək, bilik mübadiləsi aparmaq və yeni regional əməkdaşlıqların qurulması üçün unikal bir platformadır. Bu il tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sahədə texnologiyaların vacib rolunu vurğulamaqla yanaşı, bu sahədə innovasiyaların və tədqiqatların təşviqində regional mövqeyimizi gücləndirmək üçün imkan yaradacaq”, - deyə Saməddin Əsədov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]
® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb
- 07.08.2026 [15:46]
® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
- 07.08.2026 [15:44]
® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim
- 07.08.2026 [15:38]