CƏMİYYƏT
Nazir müavini ölkədəki dərman vasitələrinin qıtlığının səbəblərini açıqladı
![Nazir müavini ölkədəki dərman vasitələrinin qıtlığının səbəblərini açıqladı](/files/2023/2/1200x630/168863459819222411_1200x630.jpg)
Bakı, 6 iyul, AZƏRTAC
Ölkədə dərman qıtlığının əsas səbəblərdən əsasən ikisi mühüm əhəmiyyət kəsb edir. Birincisi beynəlxalq bazarlarda baş verən qeyri-stabillikdir. Rusiya-Ukrayna arasında olan hərbi əməliyyatlar, enerji daşıyıcılarının bahalaşması bütün sahələrdə olduğu kimi dərman vasitələrinin istehsalına da mənfi təsirini göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini qeyd edib ki, bəzi hallarda istehsalçılar öz öhdəliklərini yerinə yetirməkdən imtina edir və ya gecikdirirlər. Son zamanlar dünya bazarında olan stabilləşmə imkan verir ki, yerli idxalçılar etibarlı təchizat zəncirini təmin etsinlər. Digər əsas məsələ hazırda qüvvədə olan qanunvericiliyin bu günün tələblərinə cavab verməməsidir.