Nazir müavini: WTDC25 rəqəmsal inklüzivliyə töhfə verəcək
Bakı, 17 noyabr, AZƏRTAC
Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC25) rəqəmsal inklüzivliyin və davamlı inkişafın təşviqinə mühüm töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən WTDC25-in açılışına həsr olunmuş mətbuat konfransında deyib.
S.Əsədov bildirib ki, WTDC25 çərçivəsində 2026–2029-cu illər üçün yeni qlobal rəqəmsal inkişaf strategiyasının qəbul edilməsi gözlənilir: “Bu konfrans qlobal səviyyədə müxtəlif dövlətlərin, şirkətlərin və ekspertlərin fikirlərini bir araya gətirməklə daha geniş və ədalətli rəqəmsal gələcəyə doğru mühüm addımdır”.
Nazir müavini əlavə edib ki, tədbirdə iştirak edən 500-dən çox gəncin bu prosesə cəlb olunması yeni nəsil liderlərin formalaşmasına şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]
“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb
- 29.09.2026 [12:55]
Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]