Nazir sertifikatlaşdırma imtahanında sualların çətin olmasına dair iddialara münasibət bildirib
Bakı, 24 iyun, AZƏRTAC
Müəllimlərin sertifikatlaşdırılması prosesi başa çatdıqdan sonra bütün apellyasiya müraciətlərinə baxılacaq. Əgər təhlillər zamanı ciddi fərqlər olduğunu görsək, müəyyən qərarlar verə bilərik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir sualların çətin olması iddialarına belə cavab verib: “İmtahanlarla bağlı hər zaman sual çətinliyi məsələsi gündəmə gəlir. Amma sualların nə dərəcədə çətin olduğunu müəyyən etmək üçün ayrı-ayrı fikirlərə yox, bu çətinliyi ölçən rəsmi cədvəllərə baxmaq lazımdır. Müxtəlif illərdə fərqli testlər təqdim edirik. Testlər eyni olmadığından çətinlik səviyyəsində müəyyən fərqlər ola bilər. Hazırda testlərin təkrar yoxlanılması prosesi aparılır. Məqsəd obyektiv təhlildir. Əgər aparılan təhlillər nəticəsində bəzi testlər arasında ciddi çətinlik fərqləri müəyyənləşərsə, o zaman müvafiq qərarlar verilə bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]