Nazir: Son 5 ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb
Bakı, 28 dekabr, AZƏRTAC
Son 5 il ərzində həyata keçirilən çoxmiqyaslı və çoxşaxəli sosial islahat proqramları çərçivəsində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.
Nazir bildirib ki, qeyd edilən dövrdə orta əməkhaqqı 80 faizədək, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 2,7 dəfə artıb.
"Azərbaycan dövlətinin siyasətində məşğulluq ana xətdir. Məşğulluq təmin edilmədən ölkə iqtisadiyyatı inkişaf edə, əhalinin rifahı təmin oluna bilməz. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlara, müxtəlif tədbirlərə, qəbul edilən proqramlara nəzər saldıqda bütün tədbirlərin əhalinin rifahına, onun həyat şəraitinin daha da yaxşılaşdırılmasına, o cümlədən məşğulluğun genişləndirilməsinə yönəldiyini görürük", - deyə Sahil Babayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]