Nazirlik: Bu il 60 mindən çox namizəd MİQ-də iştirak üçün müraciət edib
Bakı, 20 dekabr, AZƏRTAC
2022-ci ildə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak üçün 60 min 2 namizəd müraciət edib, 54 min 804 namizəd müsabiqədə iştirak hüququ qazanıb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 7 gün ərzində 15 mərkəzdə təşkil olunmuş imtahanlarda 44 min 363 namizəd iştirak edib.
Cari ildə müəllimlərin işə qəbulu üçün müsabiqə üzrə 13 min 280 vakant yer elan edilib. Namizədlərdən 3902-si müddətsiz əsaslarla, 3086-sı müddətli əsaslarla işə qəbul edilib.
Əlavə yerləşdirmə zamanı isə 1650 namizəd müddətli əsaslarla vakant yerlərə təyin olunub. Tədris ili ərzində əlavə yerləşdirmə davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:38]
MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir
- 16.10.2026 [15:57]
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar
- 16.10.2026 [15:40]