Nazirlik: Şamaxı-İsmayıllı avtomobil yolunda hərəkət dayandırılmayıb
Bakı, 13 yanvar, AZƏRTAC
Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət dayandırılmayıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur. Yollara xüsusi avtomobillərlə qum və duz səpilir.
Tədbirlər davam etdirilir.