NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
Bakı, 9 iyun, AZƏRTAC
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının üçüncü oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “San-Antonio Spörs” səfərdə “Nyu-York Niks”ə 115:111 hesabı ilə qalib gəlib.
Qonaq komandanın heyətində Viktor Vembanyama 32 xal, 8 ribaund və 6 məhsuldar ötürmə ilə görüşün ən məhsuldar basketbolçusu olub. Stefon Kasl 23 xal toplayıb. Dilan Harper 13 xal, 9 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Nyu-York Niks”də Ceylen Branson 32, Oci Anunobi 28 xal toplasa da, bu komandasının məğlubiyyətinin qarşısını almağa kifayət etməyib. Coş Hart 16 xal və 9 ribaund, Karl-Entoni Tauns isə 11 xal və 8 ribaundla fərqlənib.
İlk iki oyunda doğma meydanda məğlub olan “San-Antonio Spörs” Nyu-Yorkda qazandığı qələbə ilə seriyada hesabı 2:1-ə çatdırıb.
Komandalar arasında dördüncü qarşılaşma da “Madison Skver Qarden”də keçiriləcək. Görüş iyunun 12-nə keçən gecə baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [10:41]
Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
- 09.06.2026 [10:20]
Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]