“Nə? Harada? Nə zaman?” intellektual oyunu bu dəfə Silahlı Qüvvələr Gününə həsr olunub
Bakı, 26 iyun, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 26 İyun - Silahli Qüvvələr Gününə həsr olunmuş növbəti “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, gənclər arasında təşkil olunan yarışda hər birində 8-10 nəfər olmaqla 36 komanda iştirak edib.
Gərgin mübarizə nəticəsində 1-ci yerə “SS Milceyi”, 2-ci yerə “Diamonds Are Forever”, 3-cü yerə isə “İstiqlal” komandaları layiq görülüblər.
Baş İdarənin və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda suallar hərb tariximiz, döyüş sənəti, məntiq, qəhrəmanlarımız və digər sahələri əhatə edib.
Qaliblər pandemiya ilə əlaqədar olaraq karantindən sonra təltif ediləcəklər.