NEFT DAŞLARINDA YENİ PLATFORMA TİKİLİR
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Neft Daşlarında yeni platforma tikilir. Gələn ilin ilk rübündə inşası başa çatdırılacaq bu platformada yaxın 3-4 il ərzində 32 quyunun qazılması planlaşdırılır. 2000-2200 metr dərinliyində quyuların hərəsindən gündə 50-60 ton neft çıxarılması nəzərdə tutulmuşdur.
1949-cu ildən istismar edilən Neft Daşları strukturunda hazırda 460 quyudan neft çıxarılır. Gündəlik hasilat 2300 tondur.
Yataqlarda 30 milyon ton neft ehtiyatının qaldığı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]