Neft Emalı Zavodunda baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də saat 08:30 radələrində Neft Emalı Zavodunun 31 saylı Katalitik Reforminq Qurğusunda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın hadisəsi baş verib. Hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, zavodun fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
09:14
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 18.06.2026 [11:57]
Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq
- 18.06.2026 [11:52]
“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir
- 18.06.2026 [11:19]
DİN: Axtarışda olan 148 nəfər saxlanılıb
- 18.06.2026 [11:06]