ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutunda distant dərslər davam edir
![](/files/galleryphoto/2020/1/1200x630/15877271294666038692_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15877271293490240992_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15877271296141859988_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) magistraturasında tədris prosesinə cəlb olunmuş professor-müəllim heyəti tərəfindən dərslər mütəmadi olaraq müxtəlif kompüter proqramlarından istifadə etməklə davam etdirilir.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, Neft kimyası, Nanomateriallar kimyası və Ətraf mühit kimyası ixtisaslarında təhsil alan II kurs magisrantların elmi-pedaqoji təcrübələri də distant yolla həyata keçirilir. Neft kimyası ixtisası üzrə təhsil alan II kurs magistrantları Fərqanə Əlizadə və Xanım Məmmədova Neftin və qazın kompleks emalının elmi əsasları və Aşqarlar kimyası fənlərindən, Ətraf mühit kimyası ixtisası üzrə təhsil alan Röya Seyidzadə Ətraf mühitin fiziki-kimyəvi parametrlərinin təyin üsulları fənnindən, Nanomaterioallar kimyası ixtisası üzrə təhsil alan II kurs tələbələri Aynur Məhərrəmova və Günay Heydərli Nanokarbon əsasında yeni katalitik sistemlərin sintezi və onların müxtəlif kimya proseslərində perspektivləri haqqında fənnindən həmin ixtisaslar üzrə təhsil alan I kurs magistrantlara onlayn sınaq dərsləri keçiblər.
Dərslərin keçirilməsinə nəzarət məqsədilə institutun Təhsil Şöbəsinin müdiri kimya elmlər doktoru, dosent Lalə Əfəndiyeva tələbələrlə müntəzəm olaraq əlaqə saxlayır və dərslərə qoşulur. Bununla yanaşı, II kursda təhsil alan magistrantlar öz elmi rəhbərləri ilə onlayn əlaqə saxlayaraq tədqiqat işlərini davam etdirirlər.