NEFT TƏHVİLİNƏ DAİR 9 AYLIQ PROQNOZA 102,8 FAİZ ƏMƏL EDİLMİŞDİR
Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yanvar-sentyabr aylarında dövlətə nəzərdə tutulduğundan 180,9 min ton çox, yəni 6650,9 min ton neft təhvil verilmiş, 9 aylıq proqnoza 102,8 faiz əməl edilmişdir ki, bu da keçən ilin eyni dövründəkindən 35,2 min ton çoxdur.
Təhvil verilən neftin 101 faizi, yəni 5926,4 min tonu neft və qaz çıxarma idarələrinin, qalan hissəsi konsorsium, müştərək müəssisə və əməliyyat şirkətlərinin payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]