Neft və Qaz İnstitutunun əməkdaşları və magistrantları beynəlxalq elmi konfransda iştirak ediblər
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun gənc əməkdaşları və magistrantları AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfransda iştirak ediblər.
Neft və Qaz İnstitutundan AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfransda Cəvahir Rəcəbli “Qalmaz sahəsində kollektorların çöküntü toplanma xüsusiyyətləri və eyniadlı qaz anbarının hermetikliyinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Aysel Məmmədova “Cənubi Xəzər çökəkliyinin şimali-qərb hissəsinin Mezokaynozoy çöküntülərinin kollektor xüsusiyyətləri”, Gülnarə Əlizadə “Palçıq vulkanizmi və karbohidrogenlərin miqrasiyası”, Pünhan Səmədli “Xərə-Zirə yatağının geoloji quruluşu və petrofiziki üsullarla neft-qaz kollektorluğunun proqnozlaşdırılması” haqqında danışıb.
Nurlana Quliyevanın “Xızı neftli-qazlı rayonunda Mezozoy çöküntülərinin neft-qaz perspektivliyi”, İsmayıl İsmayılovun “Pirallahı neft yatağının məhsuldar qat çöküntülərinin geoloji və petrofiziki xüsusiyyətləri”, Zülfüqar Ağayevin “Şamaxı-Qobustan neftli-qazlı rayonunun geoloji quruluşunun xüsusiyyətləri” mövzusunda məruzələri dinlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]