“Neftçi” basketbol klubu bütün legionerləri ilə vidalaşıb
Bakı, 4 avqust, AZƏRTAC
“Neftçi” basketbol komandası bütün legioner oyunçuları ilə vidalaşıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Bakı klubu ötən mövsüm heyətdə yer alan 7 əcnəbi basketbolçu ilə yollarını ayırıb. Həmin oyunçularla başa çatan müqavilə yenilənməyib.
“Ağ-qaralar” 2026/2027-ci illər mövsümünə yeni heyətlə başlamaq niyyətindədir.
Qeyd edək ki, "Neftçi" yeni mövsümdə Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək. Paytaxt təmsilçisi turnirin təsnifat mərhələsində Estoniyanın "Transkom Parnu" komandası ilə qarşılaşacaq. İlk görüş sentyabrın 23-də Parnu şəhərində olacaq. Cavab matçı 1 həftə sonra Bakıda baş tutacaq. Qalib komanda müntəzəm mövsümə vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]