“Neftçi” braziliyalı hücumçu ilə müqaviləyə xitam verib
Bakı, 18 noyabr, AZƏRTAC
“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, hücumçu Denilson Pereyra ölkəsinə yola salınıb.
Bir müddət əvvəl əvəzedici heyətə göndərilən Denilsonla icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bununla da 21 yaşlı braziliyalı forvard müqavilə ilə məxsus olduğu “Qranada” klubuna qayıdıb.
Qeyd edək ki, mövsümlərarası fasilədə “Neftçi”nin heyətinə cəlb edilən Denilson Pereyra Topaz Premyer Liqasında keçirdiyi 9 oyunda bir qola imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]