“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub
Bakı, 19 iyul, AZƏRTAC
“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, türk mütəxəssis Cemal Bülbül akademiyanın texniki direktoru vəzifəsinə təyin olunub. Otuz beş yaşlı mütəxəssislə ikiillik müqavilə bağlanıb.
Qeyd edək ki, “Karşıyaka” və “Vestel Manisa” klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışmış C.Bülbül “Altınordu” akademiyasında performans və təhlil məşqçisi, “Göztəpə” akademiyasının direktoru və bu klubun matç və performans təhlili və skautluq departamentində işləyib. 2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]