“NEFTÇİ” FUTBOL KLUBUNUN YENİ BAŞ MƏŞQÇİSİ KOMANDAYA TƏQDİM OLUNMUŞDUR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 3-də ARDNŞ-in prezidenti, “Neftçi” futbol klubunun prezidenti Rövnəq Abdullayev klubun təlim-məşq bazasında olmuş, komandanın üzvləri ilə görüş keçirmişdir.
Klub rəhbəri “Neftçi”nin yeni baş məşqçisi Vlastimil Petrjelanı komandaya təqdim etmişdir. O, V.Petrjelanın indiyə qədərki uğurlarını qeyd edərək, “Neftçi”nin Avropa səviyyəli bir baş məşqçinin rəhbərliyi altında daha böyük nailiyyətlər qazanacağına əmin olduğunu bildirmişdir. R.Abdullayev klub rəhbərliyinin qərarı ilə sabiq baş məşqçi Q.Qurbanovun bundan sonra komandanın idman direktoru vəzifəsində çalışacağını söyləmişdir.
Komandanın yeni baş məşqçisi V.Petrjela həm klubun maddi-texniki bazasından, həm də komanda üzvlərinin hazırkı səviyyəsindən razı olduğunu söyləmişdir. O, klub rəhbərini əmin etmişdir ki, “Neftçi”nin kollektivi bu mövsümdən başlayaraq, komandanın yeni yüksəliş mərhələsinə qədəm qoyması üçün əlindən gələni əsirgəməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]