“Neftçi İdman Klubu”nun samboçuları ölkə çempionatında uğurla çıxış ediblər
Bakı, 25 fevral, AZƏRTAC
Şağan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr, gənclər və kişilər arasında sambo üzrə Azərbaycan çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışa paytaxt və bölgələrdən 500-ə yaxın samboçu qatılıb.
"Neftçi İdman Klubu”nun yetirmələri bütün yaş qrupları üzrə aşkar üstünlükləri ilə seçiliblər. Klubun samboçuları, ümumilikdə ölkə birinciliyinin 37 medalına (14 qızıl, 9 gümüş və 14 bürünc) sahib olublar.
Yeniyetmələr arasında Sabir Ağayev (48 kq), Bahadur Əkbərov (65 kq), Əli Nəzərli (75 kq), Hüseynəli İsgəndərli (81 kq) və Sənan Hüseynov (87 kq) bütün görüşləri qələbə ilə başa vuraraq yarışın qalibi adını qazanıblar. Gənclərdən Eyvaz Baxşıyev (52 kq), Fərid Qardaşxanov (57 kq), Tural Allahverdiyev (62 kq), Elton Quliyev (68 kq), Aslan Mirzəyev (90 kq), kişilər arasında isə Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Heydər Həşimov (62 kq) və Kamran Əsgərov (68 kq) eyni uğura imza atıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]