“Neftçi” klubu 11-ci dəfə Azərbaycan kuboku yarışlarının finalında oynayacaq
Bakı, 2 iyun, AZƏRTAC
“Neftçi” futbol klubu 11-ci dəfə Azərbaycan kuboku yarışlarının finalında oynayacaq.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1992-ci ildən keçirilən yarışda mütləq rekorddur.
Əvvəlki 10 finalda 6 dəfə qalib olan Bakı təmsilçisi 4 dəfə mükafatsız qalıb. “Ağ-qaralar” 11-ci dəfə həlledici oyuna çıxmaqla “Qarabağ”ı arxada qoyacaq. Ağdam klubu 10 dəfə final oynayıb. “Qəbələ” isə 5-ci dəfə belə görüşün iştirakçısı olacaq. Əvvəlki dörd finalın birində kubok qazanan “qırmızı-qaralar” “Xəzər Lənkəran”a çatacaq.
Ümumiyyətlə, əvvəlki 28 finalı və “Bakcell Arena”da baş tutacaq matçı nəzərə alsaq, həlledici görüşlərdə 18 komanda iştirak edib: “Neftçi” - 11, “Qarabağ” - 10, “İnter” (indiki “Şamaxı”) - 6, “Xəzər Lənkəran”, “Qəbələ” - 5, “Kəpəz” - 4, “Bakı” - 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt” - 2, “İnşaatçı”, “Şəfa”, Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” (Lənkəran), “İnşaatçı” (Sabirabad), “Zirə” - 1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]