“Neftçi” klubu Haiti millisinin üzvünü heyətinə cəlb edib
Bakı, 27 mart, AZƏRTAC
Bakının “Neftçi” klubu 2018-2019-cu il mövsümünün transfer hazırlığına başlayaraq heyətinə yeni futbolçu cəlb edib.
AZƏRTAC xəbər verir ki, Haiti milli komandasının 28 yaşlı yarımmüdafiəçisi Soni Mustivar ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, “Bastiya” və “Orlean” klublarında çıxış edib. Rumıniyanın “Petrolul” və ABŞ-ın “Sportinq Kanzas Siti” klublarında legioner həyatı yaşayıb. O, “Petrolul”la Rumıniya kubokunun, "Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub.
Qeyd edək ki, Mustivar Liqa 1-də çıxış edən “Petrolul”un heyətində 94, MLS təmsilçisi olan sonuncu klubu “Sportinq Kanzas Siti”də isə 76 oyun keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]