“NEFTÇİ” “XƏZƏR-LƏNKƏRAN” ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 10-da ölkə futbol çempionatının güclülər dəstəsində 11-ci turun oyunları keçirilmişdir.
Turun mərkəzi görüşü Lənkəranda olmuşdur. Səfərdə “Xəzər-Lənkəran”la qarşılaşan “Neftçi” rəqibi üzərində 1:0 hesabı ilə qələbə qazanmışdır. Yeganə topu görüşün 1-ci dəqiqəsində Georgi Adamiya vurmuşdur.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır: “Qarabağ” - “Bakı” 1:1, “Turan” - “İnter” 0:4, “Karvan” - “Olimpik” 0:1.
Bu oyunlardan sonra “Olimpik” 29 xalla turnir cədvəlinə başçılıq edir. “Xəzər-Lənkəran” 24 xalla ikinci, “Neftçi” isə 23 xalla üçüncü pillədədir.
Tura noyabrın 11-də “Simurq” - “Masallı”, “Gənclərbirliyi” - “Qəbələ” və “ABN-Bərdə” - “Standard” oyunları ilə yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]