NEFTÇİLƏR GÜNÜ XÜSUSİ TƏNTƏNƏ İLƏ QEYD EDİLƏCƏKDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, bu il Neftçilər gününü yüksək səviyyədə qeyd etmək üçün geniş tədbirlər planı hazırlanmışdır. Sentyabrın 20-də şirkətin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək, sonra ARDNŞ-in inzibati binasında toplantı keçiriləcəkdir. Şirkətin strukturlarında fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri Milli Parkda şəhər sakinləri üçün musiqili-əyləncəli proqramla çıxış edəcək, eyni zamanda ayrı-ayrı pavilyonlarda dövlət neft strategiyasının həyata keçirilməsi sahəsində görülmüş işlərə dair sərgilər təşkil ediləcəkdir.
Xatırladaq ki, neftçilərin peşə bayramının qeyd edilməsi məqsədi ilə xüsusi işçi qrupu yaradılmışdır. Bu il Neftçilər gününün - sentyabrın 20-nin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı kimi tarixi hadisə ilə üst-üstə düşməsi ilə əlaqədar bayram tədbirlərinin şirkətin bütün qurumlarında təntənəli keçirilməsi barədə qərar qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]